Prezident NyuYorkda keçirilən 6cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 24 Sen 2025 06:30:00 65 0

Prezident NyuYorkda keçirilən 6cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib.

Son.az xəbər verir ki, müraciətdə bildirilir:

"Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.

Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir.

Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması - bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturdur. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.

İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

Səhər ağızdan gələn pis qoxunun səbəbi açıqlandı like
  • 24 Sen 06:06  
Digərləri Səhər ağızdan gələn pis qoxunun səbəbi açıqlandı

Səhər ağızdan gələn pis qoxunun səbəbi açıqlanıb

arrow Ətraflı
7 gün qəhvəsiz:  Bədəndə hansı dəyişikliklər olur? like
  • 24 Sen 05:05  
Digərləri 7 gün qəhvəsiz: Bədəndə hansı dəyişikliklər olur?

Qəhvədən imtina etmək yalnız enerji səviyyənizi dəyişdirmir, həm də s

arrow Ətraflı
Parasetamol hamiləlik zamanı autizm riskini artırır? like
  • 24 Sen 04:04  
Digərləri Parasetamol hamiləlik zamanı autizm riskini artırır?

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin Qida və Dərman Administras

arrow Ətraflı
Gündəlik davranışlarımız "avtopilot"da baş verirmiş  Alimlər araşdırdı like
  • 24 Sen 03:03  
Digərləri Gündəlik davranışlarımız "avtopilot"da baş verirmiş Alimlər araşdırdı

Gündəlik davranışlarımızın çoxu özümüzdən asılı olmadan baş verir

arrow Ətraflı
Qrip zamanı bunları etmək təhlükəlidir like
  • 24 Sen 01:01  
Digərləri Qrip zamanı bunları etmək təhlükəlidir

Kəskin respirator virus infeksiyaları və qrip dövründə spirtli içki qəbu

arrow Ətraflı
Fərdanın anasının yas mərasimindən görüntülər like
  • 24 Sen 00:49  
Şou-biznes Fərdanın anasının yas mərasimindən görüntülər

Aktyor Fərda Xudaverdiyevin anası Zeynəb xanımın yasından görüntülər y

arrow Ətraflı
Aiselə ağır itki like
  • 24 Sen 00:44  
Şou-biznes Aiselə ağır itki

"Avroviziya" təmsilçilərimizdən olan Aiselə (Aysel Məmmədova) a

arrow Ətraflı
Polşa prezidentinin BMT iclasındakı qeyriadi vərdişi kameralarda like
  • 24 Sen 00:32  
Dünya Polşa prezidentinin BMT iclasındakı qeyriadi vərdişi kameralarda

Son.az xəbər verir ki, jurnalistlər BMT-nin iclası zamanı maraqlı bir məq

arrow Ətraflı
Efirdə açıqsaçıq geyinənləri tənqid etdi  "Gizli yer saxlayın" like
  • 24 Sen 00:28  
Şou-biznes Efirdə açıqsaçıq geyinənləri tənqid etdi "Gizli yer saxlayın"

"Televiziyada çox şey var ki, məni qane etmir. Bir tanınmış aparıcı

arrow Ətraflı
4 yaşlı uşaq traktorun altında qalıb öldü  Sürücü atası imiş like
  • 24 Sen 00:25  
Digərləri 4 yaşlı uşaq traktorun altında qalıb öldü Sürücü atası imiş

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.

arrow Ətraflı
Yük avtomobili yolda qaldı  sıxlıq yarandı like
  • 24 Sen 00:18  
Digərləri Yük avtomobili yolda qaldı sıxlıq yarandı

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində

arrow Ətraflı
Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub (FOTO) like
  • 24 Sen 00:16  
Kriminal Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub (FOTO)

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər

arrow Ətraflı
Tərəvəz bazarında vəziyyət necədir?  qiymətlər like
  • 24 Sen 00:13  
Digərləri Tərəvəz bazarında vəziyyət necədir? qiymətlər

Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də t�

arrow Ətraflı
Günün qoroskopu: İşdə vəziyyət dəyişəcək, səbrli olun like
  • 24 Sen 00:01  
Digərləri Günün qoroskopu: İşdə vəziyyət dəyişəcək, səbrli olun

Son.az 24 sentyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Mehriban Əliyeva NyuYorkda “Gələcəyi birlikdə qurmaq” adlı ziyafətdə iştirak edib like
  • 23 Sen 23:29  
Siyasət Mehriban Əliyeva NyuYorkda “Gələcəyi birlikdə qurmaq” adlı ziyafətdə iştirak edib

Sentyabrın 23-də Nyu-Yorkda ABŞ-ın Birinci xanımı Melaniya Trampın adınd

arrow Ətraflı