Polşa prezidentinin BMT iclasındakı qeyriadi vərdişi kameralarda
Dünya 24 Sen 2025 00:32:00 47 0
Son.az xəbər verir ki, jurnalistlər BMT-nin iclası zamanı maraqlı bir məqamı qeydə alıblar. Belə ki, iclas gedərkən Polşa prezidentinin mühafizəçisi ona kiçik bir konteyner ötürüb. Ardınca Polşa dövlət başçısı Karol Navrotski həmin qabdan götürdüyü snyus paketini dodağının altına yerləşdirib. Bu görüntü zalda olan jurnalistlərin diqqətindən yayınmayıb və sosial mediada da müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: Fələstin lideri Qəzzanın gələcəyinə dair mövqeyini açıqladı
Snyus (İsveç dilində "snus") - İsveçdə ənənəvi olaraq istifadə olunan siqaretsiz tütün məhsuludur. Siqaret kimi yandırılmır, tüstü çıxarmır. Kiçik paket şəklində hazırlanır və istifadəçi onu dodağın altına qoyaraq nikotini orqanizmə qəbul edir. Bu səbəbdən ictimai yerlərdə siqaret qadağalarına məruz qalmadan nikotin istifadəsinə imkan yaradır.
Snyus xüsusilə Şimali Avropa ölkələrində geniş yayılıb və son illərdə Avropanın digər bölgələrində də populyarlaşmağa başlayıb. Tibbi araşdırmalarda onun klassik siqaretə nisbətən daha az zərərli olduğu qeyd olunsa da, nikotin asılılığı yaratdığı və sağlamlığa mənfi təsirlərindən dolayı mübahisəli məhsul sayılır. (Musavat.com)
"Televiziyada çox şey var ki, məni qane etmir. Bir tanınmış aparıcı

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər

Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də t�

Son.az 24 sentyabr üçün günün ulduz falını təqdim edir:

Sentyabrın 23-də Nyu-Yorkda ABŞ-ın Birinci xanımı Melaniya Trampın adınd

Astroloqların proqnozlarına əsasən, 2026-cı il bəzi bürclər üçün dön

ABŞ Prezidenti Donald Tramp, parasetamol tərkibli məşhur "Tylenol"

"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəy�

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 23-də Azərbaycan Resp

Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının rəhbər

Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr t

Mütəxəssislərin müşahidələrinə görə, sentyabr ayında dünyaya gələ

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
