Gündəlik davranışlarımız "avtopilot"da baş verirmiş Alimlər araşdırdı
Digərləri 24 Sen 2025 03:03:00 47 0
Gündəlik davranışlarımızın çoxu özümüzdən asılı olmadan baş verir.
Bu xəbəri də oxu: Okeanın dibində milyonluq "avtomobil qəbiristanlığı"
Son.az xəbər verir ki, Sürrey Universiteti, Cənubi Karolina Universiteti və Mərkəzi Kvinslend Universitetinin alimləri araşdırmalar nəticəsində bu qənaətə gəlib.
Araşdırma "Psychology & Health" jurnalında dərc olunub.
İnsanların gündəlik addımlarının böyük hissəsi şüurlu seçimlə deyil, vərdişlərin təsiri ilə həyata keçirilir.
Mütəxəssislərin sözlərinə görə, vərdişlər insanın tanış vəziyyətlərdə avtomatik olaraq etdiyi hərəkətlərdir. Səhər qəhvəsini içmək, oyandıqdan sonra telefonu yoxlamaq və ya hər gün eyni küçədən evə dönmək əksər hallarda şüurlu qərardan yox, möhkəmlənmiş assosiasiyalardan qaynaqlanır.
Tədqiqatda Böyük Britaniya və Avstraliyadan 105 nəfər iştirak edib. Onların telefonlarına bir həftə ərzində gündə altı dəfə təsadüfi bildiriş göndərilərək həmin anda nə etdikləri və hərəkəti hansı amilin başladığı soruşulub. Nəticədə məlum olub ki, gündəlik davranışların 65 faizi məhz vərdişlərin təsiri ilə başlayır. Maraqlıdır ki, bu hərəkətlərin təxminən 46 faizi insanların məqsədləri ilə üst-üstə düşür.
Sürrey Universitetinin psixologiya professoru Benyamin Qardner bildirib ki, insanlar adətən onlara faydalı vərdişləri qoruyur, əngəl yaradanları isə zamanla tərk edirlər. Cənubi Karolina Universitetinin dosenti Amanda Rebar isə qeyd edib: "İnsanlar düşünür ki, qərarlarını rasional şəkildə verirlər, amma təkrarlanan davranışların böyük qismi avtomatik baş verir".
Alimlərin qənaətinə görə sağlamlığa və məqsədlərə çatmağa dəstək olan "yaxşı vərdişlər" ən etibarlı vasitədir.
İsmayıl Son.az
Kəskin respirator virus infeksiyaları və qrip dövründə spirtli içki qəbu

Aktyor Fərda Xudaverdiyevin anası Zeynəb xanımın yasından görüntülər y

Son.az xəbər verir ki, jurnalistlər BMT-nin iclası zamanı maraqlı bir məq

"Televiziyada çox şey var ki, məni qane etmir. Bir tanınmış aparıcı

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ilk günü Heydər

Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də t�

Son.az 24 sentyabr üçün günün ulduz falını təqdim edir:

Sentyabrın 23-də Nyu-Yorkda ABŞ-ın Birinci xanımı Melaniya Trampın adınd

Astroloqların proqnozlarına əsasən, 2026-cı il bəzi bürclər üçün dön

ABŞ Prezidenti Donald Tramp, parasetamol tərkibli məşhur "Tylenol"

"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəy�

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 23-də Azərbaycan Resp
