Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və Proqnozlar


Digərləri 19 İyn 2025 01:01:00 71 0

Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və Proqnozlar

Yaxın Şərq dünyanın enerji siyasətində mühüm rol oynayan bir bölgədir. Bu regionda baş verən hərbi, siyasi və diplomatik gərginliklər qlobal enerji bazarına, xüsusilə də neftin qiymətinə birbaşa təsir göstərir. Son günlər İran və İsrail arasında artan gərginlik bu baxımdan xüsusi diqqət mərkəzindədir. İranın nüvə proqramı, İsrailin cavab tədbirləri və regiondakı digər maraqlı tərəflərin iştirakı, dünya iqtisadiyyatında ciddi narahatlıqlara səbəb olur.

Nəzər salsaq görərik ki, İran neft bazarında strateji oyunçudur. İran, dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına sahib ölkələrdən biridir. ABŞ və Avropa İttifaqının sanksiyaları səbəbindən İranın neft ixracı azalsa da, o, hələ də Çin və bəzi Asiya ölkələri vasitəsilə bazarda yer tutur. Münaqişə halında İranın Hörmüz boğazını bağlamaqla hədələməsi, bu strateji boğaz vasitəsilə nəql olunan neftin (qlobal təchizatın təxminən 20%-i) təhlükə altında qalması deməkdir.

Münaqişə bütün Yaxın Şərq regionuna yayılarsa belə halda neft hasilatı və nəqli ciddi təhlükə altına düşər.Tarixi təcrübələrə əsasən, belə münaqişə xəbərləri investorlar arasında panikaya səbəb olur, nəticədə "təhlükəsiz liman" investisiyaları artır və enerji ehtiyatlarına tələbat yüksəlir.

Əgər İran Hörmüz boğazını bağlayarsa, bu, gündəlik 17-20 milyon barrel neftin bazara çıxmasının qarşısını alar. Bu, qiymətlərdə rekord artım yarada bilər. Belə bir ssenaridə neftin qiyməti 150-200 dollar/barel səviyyəsinə qədər qalxa bilər.

Belədə neft ixrac edən ölkələr və şirkətlər daha təhlükəsiz marşrutlara yönəlməyə çalışar, bu isə nəql xərclərinin artmasına və qiymətlərin qeyri-sabitləşməsinə səbəb ola bilər. Münaqişənin uzunmüddətli olması neft hasilatına texniki və struktur zərbələr vura bilər. Habelə bu vəziyyət enerji siyasətində qlobal dəyişikliklərə yol aça bilər. Belə olarsa alternativ enerjiyə keçid sürətlənər, qlobal neft ehtiyatlarının diversifikasiyası vacibləşər, ABŞ və digər ölkələr strateji ehtiyatlarını bazara çıxara bilər.

Ölkəmiz üçün də bu münaqişənin təsirləri ola bilər. Neft ixracından ciddi şəkildə asılı olan ölkə üçün qlobal qiymət artımı gəlir baxımından müsbət olsa da, bazardakı qeyri-sabitlik və potensial regional risklər diqqətlə izlənilməlidir.

Nəticə olaraq İran-İsrail münaqişəsi Yaxın Şərqdə sadəcə iki ölkənin qarşıdurması olmaqdan daha çox, qlobal enerji təhlükəsizliyi və iqtisadi sabitlik məsələsidir. Bu münaqişənin alovlanması neftin qiymətində kəskin artıma, bazarların çalxalanmasına və beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsinə səbəb ola bilər. Qlobal enerji siyasətçiləri və investorlar üçün bu vəziyyəti proqnozlaşdırmaq və hazırlıqlı olmaq həyati əhəmiyyət daşıyır.

Süleyman Süleymanova vəzifə VERİLDİ like
  • 19 İyn 00:52  
Digərləri Süleyman Süleymanova vəzifə VERİLDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Zaqatala rayon "14 nö

arrow Ətraflı
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan etdi like
  • 19 İyn 00:50  
Dünya İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan etdi

İsrail Hərbi Hava Qüvvələri İrana "üçüncü zərbə" dalğası

arrow Ətraflı
Elektrikli skuter sürənlərə xəbərdarlıq like
  • 19 İyn 00:25  
Digərləri Elektrikli skuter sürənlərə xəbərdarlıq

"Paytaxt yollarında bəzi elektrikli skuter, velosiped və eləcə də tə

arrow Ətraflı
7 dəqiqəyə İsrailə çatan "Sacil"... like
  • 19 İyn 00:11  
Dünya 7 dəqiqəyə İsrailə çatan "Sacil"...

Xəbər verdiyimiz kimi, İran ilk dəfə İsrail torpaqlarına "Sacil"

arrow Ətraflı
Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir like
  • 19 İyn 00:01  
Digərləri Günün qoroskopu: Arzularınızın yol xəritəsi qəlbinizdədir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir" like
  • 18 İyn 23:52  
Siyasət "İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"

"İran Israillə mübarizədə tərəfdaşlarından dəstək gözləsə d�

arrow Ətraflı
Hayfa limanı niyə vuruldu?  ABŞ və Çin gözləmədə like
  • 18 İyn 23:41  
Dünya Hayfa limanı niyə vuruldu? ABŞ və Çin gözləmədə

"Hayfa İsrailin şimalındakı əsas liman olmaqdan əlavə, eyni zamanda

arrow Ətraflı
İsrail İranın dövlət televiziyasına sızdı  Ekranda yazılan sözlər... like
  • 18 İyn 23:31  
Dünya İsrail İranın dövlət televiziyasına sızdı Ekranda yazılan sözlər...

İsrail, İranın peyk siqnallarını ələ keçirərək dövlət televiziyalar�

arrow Ətraflı
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq like
  • 18 İyn 23:13  
Digərləri Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq

Vətəndaşın mülkiyyəti tanınmayanda bir çox hüquqi proseslər qəlizlə�

arrow Ətraflı
Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı like
  • 18 İyn 22:58  
Digərləri Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması

arrow Ətraflı
İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür? like
  • 18 İyn 22:45  
Digərləri İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?

ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli

arrow Ətraflı
İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı like
  • 18 İyn 22:33  
Dünya İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı

22:33 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ilk dəfə i

arrow Ətraflı
Ən yüksək balı onlar topladı  Adlar like
  • 18 İyn 22:18  
Digərləri Ən yüksək balı onlar topladı Adlar

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

arrow Ətraflı
Paşinyan MTX rəhbərini vəzifədən azad etdi like
  • 18 İyn 22:03  
Dünya Paşinyan MTX rəhbərini vəzifədən azad etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və

arrow Ətraflı