İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?


Digərləri 18 İyn 2025 22:45:00 61 0

İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?

ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneini öldürmək planını rədd edib. 

Bu xəbəri də oxu: Sabah Bakıya yağış yağacaq

Son.az-ın xarici mediaya istinadla xəbərinə görə, İsrailin son hücumlarının İranın nüvə potensialını aradan qaldırmaq məqsədi daşıdığı bilinsə də, İsrailin baş naziri Benyamin Netanyahu bu hücumların İranda rejim dəyişikliyinə səbəb ola biləcəyini bildirib. Bəs İranda ən güclü fiqur kimdir, onun nə qədər nüfuzu var və ailəsi ölkə siyasətində hansı rolu oynayır?

Ayətullah Əli Xamenei kimdir?

1979-cu ildə İslam İnqilabından sonra İranın ikinci dini lideri olan Ayətullah Əli Xamenei 1989-cu ildən bu vəzifəni icra edir.

İndiki iranlı gənclərin hamısı yalnız onun hakimiyyəti altında yaşayıblar.

Ölkənin siyasi strukturunda bir çox fərqli güc mərkəzləri olsa da, Xamenei bu strukturların mərkəzində dayanır. Ali lider dövlət siyasətinə veto hüququna malikdir və kimin hansı işi alacağına qərar verə bilər.

Dövlət başçısı və İran Silahlı Qüvvələrinin (İnqilab Keşikçiləri Korpusu da daxil olmaqla) baş komandanı kimi Xamenei demək olar ki, qeyri-məhdud hakimiyyətə malikdir.

O, 1939-cu ildə İranın ikinci böyük şəhəri Məşhəddə anadan olub. Səkkiz uşaqlı bir ailənin ikinci övladıdır. Atası şiə məzhəbinin orta səviyyəli ruhanisi olub.

O, kiçik yaşlarından "Quran"ı öyrənib və 11 yaşında din xadimi adını qazanıb.

Bununla belə, dövrün bir çox dini liderləri kimi, onun da mənəvi şəxsiyyəti ilə yanaşı, siyasi mövqeyi də var idi.

Cəlbedici natiq olan Xamenei İran şahına qarşı müxalifət hərəkatına qoşulub.

O, illərlə gizli fəaliyyətə qoşulub, dəfələrlə həbs olunub. Şahın gizli polisi tərəfindən altı dəfə həbs edilib, işgəncələrə məruz qalıb və sürgünə göndərilib.

İslam İnqilabından bir il sonra o, inqilabın rəhbəri Ayətullah Humeyni tərəfindən Tehranda cümə xütbələri oxumaq tapşırığı alıb.

O, 1981-ci ildə prezident seçilib. 1989-cu ildə Humeyninin ölümündən sonra dini lider təyin edilib.

Oğlu Müctəba nə qədər təsirlidir?

Tehranda sadə bir iqamətgahda həyat yoldaşı ilə təvazökar həyat sürdüyü deyilən Əli Xamenei xaricə çox səfər etmir.

Məlum olan detallar arasında onun gəncliyində siqaret çəkməsi və 1980-ci illərdə sui-qəsd cəhdindən sonra sağ qolunu itirməsi də var.

Onun həyat yoldaşı Mensure Hocasete Bakırzadə ilə dördü oğlan, ikisi qız olmaqla altı övladı var.

Ailə. ümumiyyətlə, mediadan uzaq bir həyat yaşayır. Övladlarının şəxsi həyatı ilə bağlı təsdiqlənmiş məlumat çox məhduddur.

Oğullarının ən tanınmışı ikinci övladı Müctəbadır.

O, atasının yaxın çevrəsindən biri kimi tanınır və ciddi təsir gücünə malikdir.

Müctəba Tehranın İran elitasının uşaqlarının oxuduğu Ələvi liseyində təhsil alıb.

Hələ din xadimi olmasa da, ölkənin aparıcı mühafizəkar siyasətçilərindən biri olan Qulam-Əli Həddad-Adelin qızı ilə evlənib.

O, dini təhsilə 30 yaşında Qumdakı şiə mədrəsəsində başlayıb.

2000-ci illərin ortalarında Müctəbanın siyasətdəki təsiri daha çox nəzərə çarpıb, lakin onun rolu mediada açıq şəkildə qəbul edilməyib.

2004-cü ildəki mübahisəli prezident seçkilərindən sonra Müctəba tez-tez gündəmə gəlib.

Mehdi Kərrubi seçkilərdə aparıcı namizəd olan Ayətullah Xameneiyə yazdığı açıq məktubda Müctəbanı birbaşa olaraq Mahmud Əhmədinejadın xeyrinə pərdə arxasından müdaxilə etməkdə ittiham edib.

2010-cu illərdən o, İslam Respublikasının ən güclü simalarından biri kimi tanınmağa başlayıb. Bəzi təfsirlərə görə, atası onu öz varisi kimi görür. Lakin bu iddialar zaman-zaman rəsmi orqanlar tərəfindən təkzib edilib.

Xamenei kral deyil və hakimiyyəti oğlundan miras ala bilməz, lakin Müctəba atası ətrafındakı mühafizəkar dairələrdə və konstitusiya təsisatlarından daha güclü olan ali rəhbərin ofisində əhəmiyyətli nüfuza malikdir.

Digər oğulları kimlərdir?

Ailənin böyük oğlu Mustafa Xamenei mühafizəkar din xadimi Əzizullah Hoşavqtın qızı ilə evlidir. Mustafa da qardaşı Müctəba kimi 1980-ci illərdə İran-İraq müharibəsində ön cəbhədə xidmət edib.

Üçüncü uşaq Məsud Xamenei 1972-ci ildə anadan olub. Onun həyat yoldaşı Qum mədrəsəsinin mühafizəkar Müəllimlər İttifaqından tanınmış din xadimi Möhsün Xvarazinin qızı və islahatçı mövqeli diplomat Məhəmməd Sadiq Xvarazinin bacısıdır.

Məsud siyasətdən uzaq olan bir fiqurdur. O, ictimaiyyət arasında o qədər də tanınmır. O, əvvəllər atasının əsərlərini arxivləşdirən və nəşr etdirən idarəyə rəhbərlik edib. Bu ofis həm də Xamenei üçün mühüm təbliğat funksiyasını yerinə yetirir. Atasının tərcümeyi-halını və xatirələrini tərtib etməyə də o məsuldur.

Ailənin kiçik oğlu Meysem 1977-ci ildə anadan olub. Üç böyük qardaşı kimi o da din xadimidir. Onun həyat yoldaşı inqilabdan əvvəl din xadimlərinə maddi dəstək verən varlı iş adamı Mahmud Loloçiyanın qızıdır. Meysem də atasının əsərlərinin mühafizəsi və nəşri ofisində böyük qardaşı Məsudla birlikdə çalışır.

Qızları kimlərdir?

Xameneinin qızları haqqında ictimaiyyətdə çox az məlumat var.

Büşra və Hoda ailənin ən gənc üzvləridir. Hər ikisi İslam İnqilabından sonra doğulub.

1980-ci ildə anadan olan Buşra Xameneinin ofisinin rəhbəri Qulamhüseyn Məhəmmədi Qolpayeqaninin oğlu Məhəmməd-Cavadla evlidir.

1981-ci ildə anadan olan Hoda İmam Sadiq Universitetinin müəllimi, marketinq təhsili alan Mesbah əl-Huda Bagheri Kani ilə evlidir. /lent.az

İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı like
  • 18 İyn 22:33  
Dünya İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı

22:33 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ilk dəfə i

arrow Ətraflı
Ən yüksək balı onlar topladı  Adlar like
  • 18 İyn 22:18  
Digərləri Ən yüksək balı onlar topladı Adlar

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

arrow Ətraflı
Paşinyan MTX rəhbərini vəzifədən azad etdi like
  • 18 İyn 22:03  
Dünya Paşinyan MTX rəhbərini vəzifədən azad etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və

arrow Ətraflı
İmtahan nəticələri açıqlandı like
  • 18 İyn 21:52  
Digərləri İmtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III

arrow Ətraflı
300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir like
  • 18 İyn 21:51  
Digərləri 300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi&qu

arrow Ətraflı
Boşandığı həyat yoldaşından danışıb ağladı like
  • 18 İyn 21:49  
Şou-biznes Boşandığı həyat yoldaşından danışıb ağladı

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

arrow Ətraflı
Bakının bu ərazisində üç saat işıq olmayacaq like
  • 18 İyn 21:21  
Digərləri Bakının bu ərazisində üç saat işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 18 İyn 21:08  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t�

arrow Ətraflı
"Netanyahu Hitleri üstələyib"  Ərdoğan like
  • 18 İyn 20:46  
Digərləri "Netanyahu Hitleri üstələyib" Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

arrow Ətraflı
İranda internet tamamilə kəsildi like
  • 18 İyn 20:37  
Digərləri İranda internet tamamilə kəsildi

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.

arrow Ətraflı
Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi like
  • 18 İyn 20:27  
Şou-biznes Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızın

arrow Ətraflı
Bu qurumda çalışanların pensiya yaşı 65ə qaldırılır like
  • 18 İyn 20:15  
Digərləri Bu qurumda çalışanların pensiya yaşı 65ə qaldırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

arrow Ətraflı
"Avroviziya" təmsilçimiz tanınmaz halda like
  • 18 İyn 20:13  
Şou-biznes "Avroviziya" təmsilçimiz tanınmaz halda

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree imicində dəyiş

arrow Ətraflı
Yapon əfsanəsi 259 min avtomobili geri çağırır  "Tormoz"u düzgün quraşdırmayıblarmış like
  • 18 İyn 20:00  
Digərləri Yapon əfsanəsi 259 min avtomobili geri çağırır "Tormoz"u düzgün quraşdırmayıblarmış

Honda ABŞ-da 259 min avtomobili geri çağırır – təhlükəli əyləc qüsu

arrow Ətraflı