Hayfa limanı niyə vuruldu? ABŞ və Çin gözləmədə
Dünya 18 İyn 2025 23:41:00 71 0
"Hayfa İsrailin şimalındakı əsas liman olmaqdan əlavə, eyni zamanda ABŞ-dən İsrailə daxil olan hərbi ləvazimatların əsas giriş nöqtəsidir".
Bu xəbəri də oxu: Pezeşkian hökümət rəsmilərini təcili topladı FOTO
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O, bildirib ki, həmin liman vasitəsilə gələn sursat və texnika, həm logistik baxımdan, həm də müdafiə istehsalı baxımından böyük əhəmiyyət daşıyır. Burada yerləşən "Rafael Advanced Defense Systems" şirkəti "Dəmir Qübbə", "David's Sling" və "Arrow" kimi hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçısıdır. Belə bir hədəfin vurulması təsadüfi deyil. İsrailin hərbi döyüş imkanlarına birbaşa iqtisadi və texnoloji zərbədir:
"Ancaq məsələ təkcə hərbi ilə bitmir. Haytfa limanı eyni zamanda Yaxın şərqdəki beynəlxalq ticarət və dəniz logistikası sisteminin əsas halqalarından biridir. Liman təkcə sursat deyil, həm də konteynerlə daşınan müxtəlif malların giriş-çıxış nöqtəsidir. Belə bir logistik mərkəzin zərər görməsi, sığorta risklərini və daşıma xərclərini artırır, təchizat zəncirində ləngimələrə və regional ticarətdə axının pozulmasına səbəb ola bilər. Əlavə olaraq, Hayfa limanının yeni terminalının istismar hüququ 2021-ci ildən Çin dövlətinə bağlı Shanghai International Port Groupa verilib. Bu isə limanı sadəcə İsraillə yanaşı Çin və ABŞ arasında iqtisadi maraqların toqquşduğu strateji məntəqəyə çevirir. Hücumun bu limana yönəlməsi artıq regional deyil, qlobal ticarət təhlükəsizliyi kontekstində də ciddi suallar doğurur".
Aysel Əkbər Son.az
İsrail, İranın peyk siqnallarını ələ keçirərək dövlət televiziyalar�

Vətəndaşın mülkiyyəti tanınmayanda bir çox hüquqi proseslər qəlizlə�

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması

ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli

22:33 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ilk dəfə i

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının r�

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi&qu

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.
