Sevgilisi azadlığa çıxanda şikayət etmişdi İndi “barışmışıq” deyir
Digərləri 18 İyn 2025 16:26:00 71 0
Bəniz kimi tanınan tiktoker Aybəniz Xəlilovanın sevgilisindən şantajla 1 milyon manata yaxın pul alma ittihamı ilə bağlı məhkəmə prosesi davam edir.
Bu xəbəri də oxu: Azərbaycanda çoxlarının istifadə etdiyi bu lezva SAXTA İMİŞ
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün keçirilən proses bir sıra maraqlı çıxışlarla yadda qalıb.
Bənizin vəkili deyib ki, zərərçəkmiş Xalid Kərimov ilkin istintaq vaxtı müvəkkilinə bilərək böhtan atıb, real vəziyyət isə başqadır. Əslində Bənizlə Xalidin kəbini var, onlar ailə kimi birlikdə yaşayıblar: "Xalidin müxtəlif vaxtlarda müvəkkilimlə görüşdükdən sonra "300, 500 manat vermişəm" deməsi yalandır. Xalidin Bənizin övladı ilə səmimi danışıqları var. Düzdür, kəbin kağızı rəsmi nikah hesab edilməsə də, amma bu var".
Müdafiəçi kəbin kağızını və içində sübutlar olan diski məhkəməyə sədrlik edən hakim Fəxri Məmmədova da göstərib.
Xalid özü isə məhkəməyə gəlmir. O, vəkili vasitəsilə bildiriş göndərib ki, hazırda Türkiyədədir. Ən maraqlısı isə budur ki, X.Kazımov Bənizə qarşı şikayətini geri götürüb. O, artıq qadından heç bir tələbi olmadığını, həbsdən azad edilməsini istədiyini qeyd edib. Xanım müttəhim özü də zərərçəkmişlə barışdığını, hətta təcridxanada ona hər cür köməklik göstərdiyini deyib.
Bu yerdə məlumat üçün deyək ki, Bəniz ilkin istintaq dövründə həbs edilib, qısa müddət sonra ev dustaqlığına buraxılmışdı. Həmin vaxt Xalid Kərimov qərardan narazı idi. O, hətta hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edərək Bənizin layiqincə cəzalandırılmasını xahiş etmişdi. İndi isə xaricdən mesaj göndərib ki, Bənizi azadlığa buraxın.
Prosesin sonunda həm Aybəniz Xəlilovanın, həm də Xalid Kazımovun vəkilləri qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıblar. Lakin prokuror Tural Yaqubov buna etiraz edib və məhkəmə onun mövqeyini əsaslı hesab edərək təqsirləndirilən şəxsin həbsdə saxlanmasına qərar verib.
Hakimlər məzuniyyətə getdiyindən növbəti məhkəmə prosesi avqust ayına təyin edilib.
Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyev

Kanada hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını

Bakıda "Bolt" taksi şirkətinə məxsus "BYD" markalı avt

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zaman�

İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəh

MOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücü ki

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin Ko

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçir

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq

Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobil həvəsi ilə yenidən gü

Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil

"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl

İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək ü
