Kazino oyunlarında bu şəxslər iştirak edə bilməz


Digərləri 18 İyn 2025 14:42:00 67 0

Kazino oyunlarında bu şəxslər iştirak edə bilməz

Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil edilməsinə icazə verilməsinin səbəbi açıqlanıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında diqqətə çatdırılıb ki, 2024-cü il mayın 7-də "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun qəbul edilib.

Qeyd olunub ki, tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur.

Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Layihəyə əsasən, Azərbaycanda kazino oyunları bu Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək.

Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda "kölgə qumar"ın qarşısının alınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub.

Xüsusi olaraq vurğulanmalıdır ki, kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət almışdır. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-ci ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

Qanun layihəsində kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq, oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.


Xəbərə aid fotolar

Bu qrupda keçid balları artacaq  Məleykə Abbaszadə like
  • 18 İyn 14:38  
Digərləri Bu qrupda keçid balları artacaq Məleykə Abbaszadə

"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl

arrow Ətraflı
İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!" like
  • 18 İyn 14:36  
Dünya İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək ü

arrow Ətraflı
"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq" like
  • 18 İyn 14:24  
Dünya "Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə ba

arrow Ətraflı
Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib like
  • 18 İyn 14:18  
Digərləri Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Resp

arrow Ətraflı
Danlanın 255 min manatlıq saatı gündəm oldu like
  • 18 İyn 14:12  
Şou-biznes Danlanın 255 min manatlıq saatı gündəm oldu

Bir müddət əvvəl estetik əməliyyatlarına çəkdiyi xərclərlə gündəm

arrow Ətraflı
İran hava məkanı bu tarixə qədər bağlı qalacaq like
  • 18 İyn 14:00  
Dünya İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

İran hava məkanının bağlı qalması müddətini uzadıb.

arrow Ətraflı
"Əlimyandı" adı ilə satışa çıxarılan problemli maşınlar  Uzaq durun like
  • 18 İyn 13:48  
Digərləri "Əlimyandı" adı ilə satışa çıxarılan problemli maşınlar Uzaq durun

Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələ

arrow Ətraflı
İlham Əliyev Nataliya Kiselovanı qəbul edib  FOTO like
  • 18 İyn 13:46  
Siyasət İlham Əliyev Nataliya Kiselovanı qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıst

arrow Ətraflı
Azərbaycanda su qıtlığı gözlənilir?  AÇIQLAMA like
  • 18 İyn 13:24  
Digərləri Azərbaycanda su qıtlığı gözlənilir? AÇIQLAMA

Dünyada baş verən qlobal istiləşmə ekoloji tarazlığın və enerji balans

arrow Ətraflı
Məşhur müğənni axtarışa verildi like
  • 18 İyn 13:00  
Şou-biznes Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.

arrow Ətraflı
Paşinyan: Buna dözməyəcəm like
  • 18 İyn 12:48  
Dünya Paşinyan: Buna dözməyəcəm

Ermənistanın Baş naziri Nikol Paşinyan tanınmış iş adamı Samvel Karapet

arrow Ətraflı
İranda MOSSADa işləyən 5 casus həbs edildi like
  • 18 İyn 12:24  
Dünya İranda MOSSADa işləyən 5 casus həbs edildi

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin MOSS

arrow Ətraflı
Nardarandakı məşhur qayalıq satılır?  VİDEO like
  • 18 İyn 12:12  
Digərləri Nardarandakı məşhur qayalıq satılır? VİDEO

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəb�

arrow Ətraflı
Sabah Bakıya yağış yağacaq like
  • 18 İyn 12:06  
Digərləri Sabah Bakıya yağış yağacaq

İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı