BMTnin Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub
Siyasət 18 İyn 2025 15:38:00 78 0
İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.
Bu xəbəri də oxu: Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Təşkilat Komitəsinin sədri şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğunu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini deyib. Bu gün dövlət başçımızın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir.
XXI əsrdə dünyada urbanizasiya prosesinin sürətləndiyini bildirən Təşkilat Komitəsinin sədri Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatların və genişmiqyaslı layihələrin, habelə ölkəmizin bu sahədə qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunduğunu qeyd edib. Buna görə də BMT-nin himayəsi altında keçirilən, mühüm və qlobal xarakterli tədbirlərdən biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanaqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda 2026-cı ildə Bakıda təşkilinə dair qərar qəbul olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür.
Daha sonra Təşkilat Komitəsinin üzvləri - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13-ün milli koordinatoru və əməliyyat şirkətinin fəaliyyəti, forumun təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Təşkilat Komitəsinin Katibliyinin işinin təşkili və digər aidiyyəti məsələlərlə bağlı tapşırıqlar verib.
MOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücü ki

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin Ko

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçir

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq

Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobil həvəsi ilə yenidən gü

Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil

"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl

İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək ü

Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı �

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə ba

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Resp

Bir müddət əvvəl estetik əməliyyatlarına çəkdiyi xərclərlə gündəm

İran hava məkanının bağlı qalması müddətini uzadıb.

Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıst
