İlham Əliyev Nataliya Kiselovanı qəbul edib FOTO


Siyasət 18 İyn 2025 13:46:00 94 0

İlham Əliyev Nataliya Kiselovanı qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

Son.az xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd etdi. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirdi.

Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxundu, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirdi, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğuladı.

Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini dedi və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulandı. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olundu.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edildi, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi.

Azərbaycanda su qıtlığı gözlənilir?  AÇIQLAMA like
  • 18 İyn 13:24  
Digərləri Azərbaycanda su qıtlığı gözlənilir? AÇIQLAMA

Dünyada baş verən qlobal istiləşmə ekoloji tarazlığın və enerji balans

arrow Ətraflı
Məşhur müğənni axtarışa verildi like
  • 18 İyn 13:00  
Şou-biznes Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.

arrow Ətraflı
Paşinyan: Buna dözməyəcəm like
  • 18 İyn 12:48  
Dünya Paşinyan: Buna dözməyəcəm

Ermənistanın Baş naziri Nikol Paşinyan tanınmış iş adamı Samvel Karapet

arrow Ətraflı
İranda MOSSADa işləyən 5 casus həbs edildi like
  • 18 İyn 12:24  
Dünya İranda MOSSADa işləyən 5 casus həbs edildi

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin MOSS

arrow Ətraflı
Nardarandakı məşhur qayalıq satılır?  VİDEO like
  • 18 İyn 12:12  
Digərləri Nardarandakı məşhur qayalıq satılır? VİDEO

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəb�

arrow Ətraflı
Sabah Bakıya yağış yağacaq like
  • 18 İyn 12:06  
Digərləri Sabah Bakıya yağış yağacaq

İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Ozan Akbaba Bakıda toyda like
  • 18 İyn 12:00  
Şou-biznes Ozan Akbaba Bakıda toyda

"Uzak Şehir"in "Cihan"ı Ozan Akbaba Bakıda toya qatılıb

arrow Ətraflı
Körpünün üstündə qəza  Sıxlıq yarandı  VİDEO like
  • 18 İyn 11:55  
Digərləri Körpünün üstündə qəza Sıxlıq yarandı VİDEO

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib.

arrow Ətraflı
Nazirlər Kabinetindən kino sahəsi ilə bağlı sərəncam like
  • 18 İyn 11:49  
Kriminal Nazirlər Kabinetindən kino sahəsi ilə bağlı sərəncam

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölk�

arrow Ətraflı
Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır like
  • 18 İyn 11:48  
Digərləri Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır

Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması

arrow Ətraflı
Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb like
  • 18 İyn 11:38  
Siyasət Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanl

arrow Ətraflı
Partlayış səslərinə hazır olun! Müdafiə Nazirliyindən açıqlama like
  • 18 İyn 11:37  
Digərləri Partlayış səslərinə hazır olun! Müdafiə Nazirliyindən açıqlama

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və is

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi like
  • 18 İyn 11:36  
Kriminal Tanınmış aktrisa vəfat etdi

Aktrisa Natalya Tenyakova vəfat edib.

arrow Ətraflı
Barıt və piksellər: Azərbaycana qarşı dezinformasiya hücumunda kimlər və niyə var? like
  • 18 İyn 11:34  
Siyasət Barıt və piksellər: Azərbaycana qarşı dezinformasiya hücumunda kimlər və niyə var?

Cəbhə xətti təkcə səngərlərdən və hava hücumlarından keçmir. Müasi

arrow Ətraflı