Tüstüsüz gələcək naminə 14 milyard ABŞ dolları: dünyanı dəyişən PMI strategiyası
Digərləri 12 İyn 2025 11:57:00 89 0
Siqaret çəkməkdən söhbət düşəndə, insanların böyük əksəriyyətinin ağlına ilk növbədə nikotin gəlir. Hərçənd məsələ təkcə nikotində deyil, eyni zamanda onun istifadə prosesindədir. Əsas problemlərdən biri məhz alışmadır. Tütün alışan zaman 6 mindən çox kimyəvi maddə formalaşır ki, onlardan az qala yüzü ÜST məlumatlarına əsasən potensial təhlükəli və ya kanserogen hesab olunurlar.
Bu problemin elmi nöqteyi nəzərdən qavranılması - elmi yanaşma bu problemin yeni bir konsepsiyasının - nikotindən istifadənin zərərlərini azaltmaq uğrunda mübarizə konsepsiyasının formalaşmasına səbəb olmuşdur: əgər alışdırma prosesi aradan qaldırılsa, zərər əhəmiyyətli dərəcədə azalacaq.
Tüstüsüz gələcək: PMI istiqaməti
Bu keçidin əsas liderlərindən biri "Philip Morris International" (PMI) şirkətidir. Adıçəkilən şirkət tüstüsüz məhsulların və yüksək texnologiyaların inkişafına xüsusi diqqət ayırır. 2008-ci ildən bəri şirkət alternativ nikotin məhsullar bazarının tədricən inkişaf etdiriməsi strategiyasını həyata keçirməkdədir - belə ki, alternativlərin - IQOS, nikotin kisəcikləri (snus) və elektron siqaretlərin (veyp) hazırlanması, kommersiyalaşdırılması və onlarla bağlı elmi tədqiqatlara 14 milyard dollardan çox sərmayə qoyulub.
Görülən işlərin miqyası adamı heyrətə gətirir: hazırlanma prosesində "R&D" Sinqapur və İsveçrədəki 2 mərkəzi iştirak edir - bu isə ümumilikdə 1400-dən çox alim, mühəndis və digər mütəxəsislərdən ibarət heyətə bərabərdir.
Bu səylər şirkətin ilk tüstüsüz məhsulunun yaradılmasına gətirib çıxardı - 2014-cü ildə ilk IQOS təqdim olundu. 11 il sonra, 2025-ci ilin birinci rübündə PMI-nin alternativ məhsulları artıq şirkətin ümumi gəlirinin 42%-ni təşkil edir. PMI 2030-cu ilə qədər bu payı üçdə iki səviyyəsinə çatdırmağı planlaşdırır.
PMI-nin əsas ideyası belədir: əgər siqaret çəkmirsinizsə - heç başlamayın da, yox əgər çəkirsinizsə - bu zərərli vərdişdən imtina edin. Əgər imtina etmirsinizsə - məhsulu dəyişin. Şirkət nümayəndələri deyirlər: "Biz istəyirik ki, siqaret çəkən insanlar nikotindən imtina etmək istəmədikləri halda, daha yaxşı alternativlərə keçə bilsinlər." Bu yanaşma öz nəticəsini verir: PMI-nin məlumatına görə, artıq dünyanın müxtəlif ölkələrində 38 milyondan çox yetkin siqaret çəkən şəxs tüstüsüz alternativlərə keçib.
Krespellano: dünyada ilk tüstüsüz zavod
Bolonya şəhəri yaxınlığındakı kiçik Krespellano qəsəbəsində dünya tütün sənayesi üçün unikal müəssisə yerləşir. Bu, sırf tüstüsüz məhsulların istehsalı üçün tikilmiş tarixdə ilk zavoddur. Zavod 2016-cı ildə PMI-nin genişmiqyaslı keçid proqramı çərçivəsində açılmış və o vaxtdan bəri şirkətin sənaye inkişafının rəmzinə çevrilmişdir.
Zavod fəaliyyətə başladığı gündən etibarən şirkət bu obyektə 1,2 milyard avro sərmayə yatırıb. Əsas diqqət IQOS üçün tütün çubuqlarının istehsalına, həmçinin qablaşdırma və logistika sahələrinə yönəlib. Bu gün Krespellano fabriki məhsullarını onlarla ölkəyə ixrac edir və PMI-nin qlobal tədarük zəncirində açar rol oynayır.
Məşhur prodüser Anar Mədətov qalmaqallı açıqlaması ilə diqqət çəki

Tiktok sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə s

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürm

Bir müddət əvvəl stomatoloqlardan TƏBİB tərəfindən 1800 manat icarə ha

Bakıdakı "Badamdar Hotel & Residences" hotelinin baş xəzinadarı v

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyat

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehri

Rusiya iqtisadiyyatının 2025-ci ildəki büdcə mənzərəsi son dərəcə zid

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romuald

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının

Malatyada qadın onu narahat edən kişini güllələyib.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların

Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.
