TƏBİB və sığorta arasında QALAN STOMATOLOQLAR – Nə vaxt dəyişiklik olacaq?
Digərləri 12 İyn 2025 11:38:00 92 0
Bir müddət əvvəl stomatoloqlardan TƏBİB tərəfindən 1800 manat icarə haqqı tələb olunması ilə bağlı xəbər vermişdik. Bu dəfə isə uşaq stomatoloqları başqa məsələdən şikayətcildirlər.
Bu xəbəri də oxu: Nurlana Qasımova bu məktəbə direktor təyin olundu
Son.az xəbər verir ki, onların sözlərinə görə, iki il əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən onlara dövlət stomatoloji müəssisələrinin də sığorta sisteminə daxil ediləcəyi vəd olunub. Lakin ötən müddət ərzində bu istiqamətdə heç bir real addım atılmayıb.
"Stomatoloqların maddi durumunun və əməkhaqlarının yaxşılaşdırılması üçün ən vacib addım stomatoloji xidmətlərin dövlət tibb müəssisələrində icbari tibbi sığorta paketinə daxil edilməsidir", - deyə şikayətçilərdən biri bildirib.
Bəs uşaq stomatologiyası sığortaya keçirilə bilər?
Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir:
"Uşaqlarda ağız boşluğunun sanasiyası qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ailə həkimi, sahə həkimi tərəfindən icbari tibbi sığorta hesabına aparılır. Amma stomatoloji xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınmayıb. Xidmətlər zərfinə daxil olmayan bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə ödənişli əsaslarla göstərilir".
Qurumdan o da bildirilib ki, göstərilən ödənişli tibbi xidmətlərə görə dövlət tibb müəssisəsinə pasiyent tərəfindən rəsmi şəkildə ödənilən vəsaitin 60 %-i həcmində həkim-stomatoloqlara həvəsləndirici əlavələrin verilməsi nəzərdə tutulub.
Asya Son.az
Bakıdakı "Badamdar Hotel & Residences" hotelinin baş xəzinadarı v

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyat

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehri

Rusiya iqtisadiyyatının 2025-ci ildəki büdcə mənzərəsi son dərəcə zid

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romuald

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının

Malatyada qadın onu narahat edən kişini güllələyib.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların

Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələlə

Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına

Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həya
