Mənimsədiyi pullarla sevgilisinə 1000 qızılgül almışdı 8 illik həbs
Digərləri 12 İyn 2025 11:27:00 85 0
Bakıdakı "Badamdar Hotel & Residences" hotelinin baş xəzinadarı vəzifəsində çalışmış Dünyamalı Qarayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Üç kikboksçu hakim qarşısında Ramal Aslanovun işi ayrıca araşdırılır
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı D.Qarayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Ona qarşı irəli sürülən 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə üzrə ittiham isə hökmdən xaric edilib.
Bildirilib ki, "PMD Hospitality" şirkətlər qrupuna məxsus "Badamdar Estates" MMC-nin tabeliyində fəaliyyət göstərən, Səbail rayonu Mikayıl Müşfiq küçəsində yerləşən "Badamdar Hotel & Residences"də baş xəzinədar olan Dünyamalı iş yerinə məxsus ümumilikdə 163.259,46 manat pulu mənimsəyib.
Belə ki, o, kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib və daha az məbləğ göstərib. Məsələn, 4000 manat məbləğli mədaxil qəbzinə vergül əlavə edərək məbləği 400,0 manat kimi göstərib, qalan 3600 manatı mənimsəyib. Bu üsulla külli miqdarda pulu mənimsəyərək özünə götürüb.
D.Qarayev ifadəsində mənimsədiyi pulun bir hissəsini sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə gül mağazalarından birindən 1000 manata 1000 ədəd qızılgül də alıb hədiyyə etdiyini və digər əyləncələrə xeyli pul xərclədiyini bildirib.
Məhkəmənin hökmü ilə D.Qarayevə 8 il həbs cəzası verilib.
Həmçinin hotelin mülki iddiası təmin edilib və 163.259,46 manat pulun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş MMC-nə ödənilməsinə qərar verilib.
Xəbərə aid video
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyat

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehri

Rusiya iqtisadiyyatının 2025-ci ildəki büdcə mənzərəsi son dərəcə zid

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romuald

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının

Malatyada qadın onu narahat edən kişini güllələyib.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların

Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələlə

Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına

Mingəçevirdə iyunun 5-də baş vermiş qəzada xəsarət alan sürücü həya

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində piyadavurma ilə nətic
