Günəşdə partlayış oldu Bu gün iri dalğası yerə çata bilər


Dünya 16 May 2025 10:14:00 67 0

Günəşdə partlayış oldu  Bu gün iri dalğası yerə çata bilər

Çərşənbə axşamı Günəşin şimal yarımkürəsində baş verən nəhəng partlayış Yerə doğru plazma dalğası göndərib.

Son.az dailymail-ə istinadla bildirir ki, bir milyon kilometr uzunluğundakı plazma ipliyi Yer və Ay arasındakı məsafənin iki qatından çox olub. Alimlər xəbərdarlıq ediblər ki, bu partlayışın bir hissəsi bugün Yerə çata və maqnit qasırğasına səbəb ola bilər.

Məlum olduğu kimi günəşdə baş verən partlayışların Yerə təsiri var. Bu cür partlayışlar zamanı Günəşdən kosmosa böyük miqdarda plazma və enerji atılır. Əgər bu maddələr Yerə doğru yönəlmiş olarsa, Yer atmosferinə çataraq maqnit qasırğalarına səbəb ola bilər.

NASA peyklərinin qeydə aldığı görüntülərdə Günəşdən Yer ölçüsündən 75 dəfə böyük plazma qanadlarının ayrıldığı görünür. Partlayış əsasən şimala yönəldiyi üçün onun böyük hissəsi Yeri yan keçəcək. Lakin alimlər Yerə zəif də olsa təsir edəcək hissənin olduğunu deyirlər.

Bu isə Şimal İşıqlarının görünmə ehtimalını artırır və bəzi bölgələrdə elektrik avadanlıqlarında müvəqqəti nasazlıqlara səbəb ola bilər.

Kral Rəsədxanasının astronomu Ceyk Foster bildirib ki, Günəşdəki maqnit sahələri pozulanda plazma iplikləri qırılaraq kosmosa atılır. Bu hadisələr koronal kütlə atımı adlanan plazma və maqnit sahəsinin birlikdə Günəşdən ayrılması ilə nəticələnir.

Kosmik hava fizikçisi Dr. Tamitha Skov partlayışın Yerə bir qədər toxuna biləcəyini bildirib. O qeyd edib ki, Günəşin səthində qalan izlər partlayışın müəyyən hissəsinin Yer istiqamətində hərəkət etdiyini göstərir.

Alimlər bugün zəif maqnit qasırğasının baş verəcəyini və bunun təsirlərinin bir neçə gün davam edə biləcəyini ehtimal edirlər.

İsmayıl Son.az

“Avroviziya2025”də bu ölkələr finala çıxdı like
  • 16 May 10:06  
Şou-biznes “Avroviziya2025”də bu ölkələr finala çıxdı

İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəs

arrow Ətraflı
Ermənistandakı bioloji laboratoriyalar: Amerikan mirası və geosiyasi təhdid like
  • 16 May 09:52  
Siyasət Ermənistandakı bioloji laboratoriyalar: Amerikan mirası və geosiyasi təhdid

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ like
  • 16 May 09:44  
Digərləri Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələ

arrow Ətraflı
Azərbaycanda yüksək vəzifəli şəxs həbsxanada öldü like
  • 16 May 09:37  
Digərləri Azərbaycanda yüksək vəzifəli şəxs həbsxanada öldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi

arrow Ətraflı
Pul bazarında yüksəliş havası: Avro və rubl güclənir, dollar isə... like
  • 16 May 09:28  
Digərləri Pul bazarında yüksəliş havası: Avro və rubl güclənir, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
“Konstitusiyamızda ərazi iddiası yoxdur”  Paşinyan İTVyə müsahibə verdi like
  • 16 May 09:19  
Siyasət “Konstitusiyamızda ərazi iddiası yoxdur” Paşinyan İTVyə müsahibə verdi

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbayca

arrow Ətraflı
Meyxanaçı azyaşlı oğluna “Range Rover” aldı  VİDEO like
  • 16 May 09:12  
Şou-biznes Meyxanaçı azyaşlı oğluna “Range Rover” aldı VİDEO

Meyxanaçı Orxan Lökbatanlı efiorlərin birində qonaq olub.

arrow Ətraflı
Türkiyə üçün qorxulu xəbərdarlıq: 7 bal gücündə zəlzələ baş verə bilər like
  • 16 May 08:38  
Digərləri Türkiyə üçün qorxulu xəbərdarlıq: 7 bal gücündə zəlzələ baş verə bilər

Ankara Universitetinin müəllimi Prof. Dr. Gürol Seyitoğlu Konya vilayətind�

arrow Ətraflı
Siqareti ən asan və tez necə tərgitmək olar? like
  • 16 May 07:07  
Digərləri Siqareti ən asan və tez necə tərgitmək olar?

Siqareti tərgitmək çətin görünsə də, düzgün yanaşma ilə bu prosesi h

arrow Ətraflı
“Universiteti 10 ilə bitirmişəm, çünki...” like
  • 16 May 06:06  
Şou-biznes “Universiteti 10 ilə bitirmişəm, çünki...”

Müğənni Azad Şabanov 3 diplomu olduğununu bildirib.

arrow Ətraflı
Bu bitkilər qarışqaları evdən uzaq tutacaq like
  • 16 May 05:05  
Digərləri Bu bitkilər qarışqaları evdən uzaq tutacaq

Yaz və yay mövsümündə evlərdə qarışqa problemi daha tez-tez ortaya çı

arrow Ətraflı
"iPhone 17" nə vaxt satışa buraxılacaq? like
  • 16 May 04:04  
Digərləri "iPhone 17" nə vaxt satışa buraxılacaq?

Texnologiya həvəskarlarının səbirsizliklə gözlədiyi "İPhone 17&quo

arrow Ətraflı
Sirkəli suyla tərəvəz yuyanlara pis xəbər like
  • 16 May 03:03  
Digərləri Sirkəli suyla tərəvəz yuyanlara pis xəbər

Sağlam qidalanmanın vacib şərtlərindən biri təmiz meyvə və tərəvəz i

arrow Ətraflı
Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin like
  • 16 May 02:02  
Digərləri Uzun yaşamaq istəyirsinizsə bu 4 qidanı əsla yeməyin

Uzun və sağlam yaşam üçün bu 4 qida evə alınmamalıdır.

arrow Ətraflı