Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
Siyasət 04 May 2025 23:40:00 56 0
Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.
Bu xəbəri də oxu: Rusiyanın "tərəfdaşlığı": sözdə dostluq, əməldə təhdid
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. O, görkəmli sənətkarla uzun illər davam edən dostluğundan söz açaraq bildirib ki, Maqsud İbrahimbəyov təkcə istedadlı yazıçı və dramaturq deyil, həm də dərin intellektə və güclü yumora malik bir insan olub.
Xalq yazıçısı çıxışında Maqsud İbrahimbəyovun özünəməxsus yumor hissindən danışaraq, onun zarafatlarının hər zaman düşündürücü və incə məna daşıdığını bildirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi yumor hissinə və incə zarafatlara sahib bir şəxsiyyət kimi xatırladığını qeyd edib. Polad Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq dövründə onun ssenaristi olduğu filmlərinə, tamaşalarına musiqi bəstələdiyini bildirərək deyib: "Bu, sadə dostluq deyil, deyərdim ki, yaradıcılıq dostluğudur. Maqsud həmişə iradəli və məqsədyönlü idi, eyni zamanda o, zarafatları ilə bizi həmişə güldürərdi".
Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun zarafatları və aforizmləri indiyə qədər yaşayır, dilə gətirilir.
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, Maqsud İbrahimbəyovun şəxsiyyətinin miqyası, intellekti və insani cazibəsi onun yaradıcılığını da üstələyirdi. O, Maqsudu dövrünü müşahidə edən, dərin düşüncəli və tamamilə qərəzsiz bir şəxs kimi xarakterizə edib. M.Qusman, həmçinin vurğulayıb ki, İbrahimbəyov güclü yumor hissinə malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Maqsud İbrahimbəyovun çox qürurlu bir insan olduğunu bildirib. O, yazıçı ilə uzun illərə dayanan dostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək mənəvi dəyərlərə sahib, zəngin intellektə malik və cəmiyyətə böyük töhfələr vermiş bir şəxsiyyət olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin yazıçının ssenari müəllifi olduğu filmlərdən seçilmiş fraqmentlər təqdim olunub.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova gecənin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərin təşəkkürünü bildirib.
Çıxışlardan sonra Maqsud İbrahimbəyovun "Püstə ağacı" əsəri əsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyniadlı mono-tamaşanın nümayişi olub.
Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi Prezident İlham Əliyevin 2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən təşkil olunub. Son.az
Mayın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin

Moskvanın cənub-qərbində yaşayış binasında baş vermiş partlayış nət

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Min illərdir Yaxın Şərqdən Asiyaya qədər şəfa axtaranların sevimlisi o

Nəsimi rayonu Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evl

May ayı bəzi bürclər üçün maliyyə sıçrayışı hazırlayıb.

Qaraçı ritualları taleyinizi dəyişdirə biləcək güclü bir vasitədir, l

SSRİ-nin dağılmasından sonra sivil dünya qərara gəldi ki, Rusiya zəiflə

Müğənni Lətifə Soyuöz dırnaqları ilə bağlı deyilənlərə cavab verib

Xaçmazda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə Kremldəki soyuducusu

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayənd

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Mar

Usta sənətçi Adilə Naşitin bacısı oğlu, 68 yaşlı aktyor Naşit Özcan
