Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar


Siyasət 04 May 2025 20:33:00 94 0

Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edərək, burada həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə əyani tanış olublar.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı hesab olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəz haqqında ətraflı məlumat verib. O bildirib ki, burada əlilliyi olan şəxslərin, şəhid ailələrinin üzvlərinin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif istiqamətlərdə təlim və məşğələlər təşkil olunur. Eyni zamanda, benefisiarlar sosial-psixoloji dəstəyə yönəlik reabilitasiya xidmətlərinə də cəlb olunurlar. Nazir qeyd edib ki, fəaliyyətə başladığı vaxtdan etibarən Mərkəzdə 120-dən çox müxtəlif tədbir keçirilib. Mərkəz və onun İsmayıllıda, Bərdədə yerləşən "DOST Evi" filiallarında ümumilikdə 700-dən çox şəxsə xidmətlər göstərilib. Hazırda isə 200-ə yaxın benefisiar müxtəlif sahələr üzrə təlimlərə cəlb olunmaqla onların şəxsi və peşə bacarıqlarının inkişafına dəstək göstərilir. Vurğulanıb ki, benefisiarların əl işləri bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı "Art Pavilion"da nümayiş etdirilib və böyük maraqla qarşılanıb.

Leyla Əliyeva ilə Arzu Əliyeva Mərkəzdə təlimçilərin və benefisiarların dulusçuluq, xalçaçılıq, təsviri incəsənət sahələrində gördükləri iş prosesi ilə yaxından tanış olublar. Daha sonra müəssisənin əlilliyi olan təlimçisi tərəfindən 5 May - "Xalçaçı Günü" münasibətilə hazırlanmış, İrəvan xalçası və Qarabağ Çələbi xalçası naxışları ilə işlənmiş kompozisiya nümayiş olunub.

Proqram çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin ifalarını, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçilərinin və benefisiarlarının təqdim etdikləri inklüziv konsert proqramını izləyiblər.

Tədbirin sonunda IDEA könüllülərinin də iştirakı ilə Mərkəzin həyətyanı sahəsində ağacəkmə tədbiri keçirilib. Son.az 

Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir like
  • 04 May 20:22  
Siyasət Azərbaycan nümayəndə heyəti Suriyada səfərdədir

Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayənd

arrow Ətraflı
Tramp varislərini açıqladı like
  • 04 May 20:00  
Dünya Tramp varislərini açıqladı

ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Mar

arrow Ətraflı
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi like
  • 04 May 19:34  
Şou-biznes "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi

Usta sənətçi Adilə Naşitin bacısı oğlu, 68 yaşlı aktyor Naşit Özcan

arrow Ətraflı
Azərbaycan mədəniyyətinə ağır itki like
  • 04 May 19:20  
Kriminal Azərbaycan mədəniyyətinə ağır itki

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət i

arrow Ətraflı
"Ondan qurtulmaq hər oğulun işi deyil" like
  • 04 May 18:54  
Şou-biznes "Ondan qurtulmaq hər oğulun işi deyil"

"Həyatımda çox qadın olmayıb. İnsan özünə hörmət etməlidir. Hə

arrow Ətraflı
Bu azərbaycanlı Türkiyədən qovuldu  Digərinə cinayət işi açıldı like
  • 04 May 18:40  
Digərləri Bu azərbaycanlı Türkiyədən qovuldu Digərinə cinayət işi açıldı

Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə cinayə

arrow Ətraflı
Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI like
  • 04 May 17:57  
Digərləri Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI

Yasamal rayonunda, metronun "Nizami" stansiyasının qarşısında mop

arrow Ətraflı
"Məcbur həmin qadınla nikaha girdim" like
  • 04 May 17:40  
Şou-biznes "Məcbur həmin qadınla nikaha girdim"

"Evimizdə iki maşın var idi. Termosun içindəki şüşəni qırırdıq,

arrow Ətraflı
Vətəndaşlara qarşı yeni dələduzluq  DİNdən XƏBƏRDARLIQ like
  • 04 May 17:29  
Digərləri Vətəndaşlara qarşı yeni dələduzluq DİNdən XƏBƏRDARLIQ

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbə

arrow Ətraflı
Uğur üz tutdu: Bu bürcləri yüksəliş dövrü gözləyir like
  • 04 May 17:22  
Digərləri Uğur üz tutdu: Bu bürcləri yüksəliş dövrü gözləyir

Astroloqların proqnozlarına görə, bəzi bürclər yaxın günlərdə uğurlu

arrow Ətraflı
Görünüş məsafəsi məhdudlaşacaq like
  • 04 May 17:17  
Digərləri Görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

arrow Ətraflı
Sumqayıtda “ВАЗ” yandı like
  • 04 May 17:08  
Digərləri Sumqayıtda “ВАЗ” yandı

Sumqayıt şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hi

arrow Ətraflı
Rusiyanın "tərəfdaşlığı": sözdə dostluq, əməldə təhdid like
  • 04 May 16:59  
Siyasət Rusiyanın "tərəfdaşlığı": sözdə dostluq, əməldə təhdid

1990-cı illərin əvvəllərindən başlayaraq, Rusiya özünü postsovet ölk�

arrow Ətraflı
Alimlərdən Yerin dərinliklərindən fəlakət xəbərdarlığı like
  • 04 May 16:49  
Dünya Alimlərdən Yerin dərinliklərindən fəlakət xəbərdarlığı

Yer kürəsinin dərinliklərində baş verən geoloji dəyişikliklər alimlər

arrow Ətraflı
"Keçirtdiyim həmin ağrılı hissləri heç kim bilmirdi" like
  • 04 May 16:37  
Şou-biznes "Keçirtdiyim həmin ağrılı hissləri heç kim bilmirdi"

Əməkdar artist Lalə Məmmədova illər əvvəl oxuduğu "Məktəb illər

arrow Ətraflı