Cəmil Quliyevə vəzifə verildi
Digərləri 02 May 2025 16:16:00 87 0
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Bu xəbəri də oxu: Ermənistanda zəlzələ oldu
Son.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev təyinat alıb.
Qeyd edək ki, Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib.
2006-2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə "Mədəniyyət" kanalına, 2013-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib.
O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib. 2018-2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019-2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
İzmirdə lisey şagirdlərinin videosu sosial mediada birmənalı qarşılanmay

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gəncl

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nə

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ər

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Age

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib

Son zamanlar insanların şəxsi həyatına, ailə həyatına müdaxilə hallar�

Kanadada keçirilən festival zamanı dəhşətli hadisə baş verib.

Çində inşa edilən nəhəng "Üç Dərə" (Three Gorges) su bəndin

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.

Bill Qeytsin qızı atasının qatıldığı verilişlərin birində bilmədən

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərə

Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.
