DSXdən əməliyyat: atəş açıldı, ölən var


Digərləri 02 May 2025 15:37:00 76 0

DSXdən əməliyyat: atəş açıldı, ölən var

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.

Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, may ayının 1-də saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.

Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədi ilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə "Dayan" komandası verilib, xəbərdarlıq atəşi açıləb.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədi ilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb.

Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayib. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir.

Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd "Garmin" markalı GPS və 1 ədəd "THURAYA" markalı peyk telefonu aşkarlanaraq götürülüb.

İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları - 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi like
  • 02 May 15:31  
Digərləri Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Age

arrow Ətraflı
Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR like
  • 02 May 15:30  
Digərləri Baş nazirdən ali məktəblərə qəbulla bağlı VACİB QƏRAR

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib

arrow Ətraflı
Televiziyalarda ailə həyatına müdaxilə edilir  Ali Məhkəmə qərar qəbul edəcək like
  • 02 May 15:22  
Digərləri Televiziyalarda ailə həyatına müdaxilə edilir Ali Məhkəmə qərar qəbul edəcək

Son zamanlar insanların şəxsi həyatına, ailə həyatına müdaxilə hallar�

arrow Ətraflı
“Əməkdar artistə yerini göstərdim" like
  • 02 May 15:11  
Şou-biznes “Əməkdar artistə yerini göstərdim"

Müğənni Şəbnəm Tovuzlu qalmaqallı açıqlama verib.

arrow Ətraflı
Aktyorun xanımı faciəvi şəkildə öldü, qızı yaralandı  FOTO like
  • 02 May 15:00  
Digərləri Aktyorun xanımı faciəvi şəkildə öldü, qızı yaralandı FOTO

Kanadada keçirilən festival zamanı dəhşətli hadisə baş verib.

arrow Ətraflı
Çin yerin fırlanmasını yavaşlatdı, Yer öz oxu ətrafından çıxdı like
  • 02 May 14:59  
Digərləri Çin yerin fırlanmasını yavaşlatdı, Yer öz oxu ətrafından çıxdı

Çində inşa edilən nəhəng "Üç Dərə" (Three Gorges) su bəndin

arrow Ətraflı
Mingəçevirdə binanın blokundan gürzə çıxdı like
  • 02 May 14:44  
Digərləri Mingəçevirdə binanın blokundan gürzə çıxdı

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.

arrow Ətraflı
İstanbulda zəlzələ oldu like
  • 02 May 14:38  
Digərləri İstanbulda zəlzələ oldu

İstanbulda zəlzələ baş verib.

arrow Ətraflı
Bil Qeytsin qızı efirdə bilmədən atasının sirrini açıqladı  FOTO like
  • 02 May 14:24  
Dünya Bil Qeytsin qızı efirdə bilmədən atasının sirrini açıqladı FOTO

Bill Qeytsin qızı atasının qatıldığı verilişlərin birində bilmədən

arrow Ətraflı
Zərərçəkmiş şəxs: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü like
  • 02 May 14:20  
Siyasət Zərərçəkmiş şəxs: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərə

arrow Ətraflı
Toylara girib tort yeyib, oğurluq edib qaçır  FOTO like
  • 02 May 14:12  
Digərləri Toylara girib tort yeyib, oğurluq edib qaçır FOTO

Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Bu tarixdən metroda ciddi dəyişiklik olacaq  Rəsmi açıqlama like
  • 02 May 14:10  
Digərləri Bu tarixdən metroda ciddi dəyişiklik olacaq Rəsmi açıqlama

"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərək

arrow Ətraflı
Xocalı soyqırımını təsdiqlətmək: nəyi necə etməliyik? like
  • 02 May 13:49  
Siyasət Xocalı soyqırımını təsdiqlətmək: nəyi necə etməliyik?

Soyqırımı sadəcə kütləvi qətl deyil. Bu, yalnız şəkillərdə və şah

arrow Ətraflı
Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi like
  • 02 May 13:39  
Digərləri Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şə

arrow Ətraflı
Əlizadə hava limanında SAXLANILDI: polis bölməsinə aparılıb like
  • 02 May 13:30  
Şou-biznes Əlizadə hava limanında SAXLANILDI: polis bölməsinə aparılıb

Azərbaycanlı reper Asya Alizadenin başına iş gəlib. 

arrow Ətraflı