Nəzakət Məmmədxanova və Samirə Əliyevaya hökm oxundu Bankın yarım milyonunu mənimsəyiblər
Digərləri 29 Apr 2025 11:21:23 83 0
"Premium Bank"dan külli miqdarda mənimsəmə etməkdə təqsirləndirilən sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinadarı Samirə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Sumqayıt Göz Xəstəxanasında növbə gözləyən yoxdu Baş həkim isə gözdən uzaq düşüb ŞİKAYƏT
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nəzakət Məmmədxanova 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Digər təqsirləndirilən Samirə Əliyeva 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edilb.
O, cəzasını ümumirejmli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, "Premium Bank" ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı ötən ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. İttihama görə, ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən "M10" proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi "Binance.com" internet saytında onun hesabına yerləşdirib. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində "Premium Bank" zərərçəkmiş qismində tanınır.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən ç

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtar�

Dünyanı silkələyən hadisələrin gurultusu, çökən nizamların xışılt�

Sosial şəbəkələrdə müzakirələrə çevrilən Çadırda yaşayan Səbin�

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və resto

Bakıda onlayn elan saytlarının birində paylaşılmış bir məhsul qiyməti

Xaricdə işə düzəltmək adı altında dələduzluq edənlərin sayı artıb.

Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş

Avropada baş verən genişmiqyaslı elektrik kəsintiləri sosial mediada böy�

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.

Əfsanələrdə və filmlərdə tez-tez rast gəlinən bir səhnə var: insan le

Təranə Qumral və Musa Musayev cütlüyünün müğənni qızı Qumral həmkar
