Avropa zülmətə qərq oldu "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi?


Dünya 29 Apr 2025 09:39:00 47 0

Avropa zülmətə qərq oldu  "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi?

Avropada baş verən genişmiqyaslı elektrik kəsintiləri sosial mediada böyük səs-küyə səbəb olub.

Son.az xəbər verir ki, bu hadisə, tez-tez "gələcəyi öncədən proqnozlaşdırması" ilə gündəmə gələn məşhur "The Simpsons" animasiya serialının bir bölümü ilə əlaqələndirilib.

"Simpsons" yenidən gündəmdə: 28 fevral 2025 xəbərdarlığı

2023-cü ildə yayımlanan seriyanın birində cizgi filminin obrazı Mr. Burnsun enerji ehtiyatlarının 28 fevral 2025-dən sonra tükənəcəyi barədə xəbərdarlığı yer almışdı. Məhz bundan iki ay sonra - 28 aprel 2025 tarixində Avropanı bürüyən elektrik kəsintiləri bu epizodu yenidən aktuallaşdırıb və konspirasiya nəzəriyyələrini alovlandırıb.

İspaniya və Portuqaliyada həyat iflic oldu

Elektrik kəsintiləri xüsusilə İspaniya və Portuqaliyada həyatın normal axarını tamamilə pozub. Madrid və Barselona kimi iri şəhərlərdə hava limanları və dəmiryolu nəqliyyatı fəaliyyətini dayandırıb, metrolar boşaldılıb, internet xidmətləri dayanıb, rabitə və nəqliyyat əlaqələri iflic vəziyyətinə düşüb, işıqforların işləməməsi nəticəsində yollarda uzun tıxaclar yaranıb. Elektrik enerjisinin bərpası üçün enerji şirkətləri səfərbər edilib, xüsusi böhran komitəsi yaradılıb.

Fransa və Belçika da zərər gördü

İspaniya ilə sərhəddə yerləşən Fransanın bəzi bölgələri, eləcə də Belçika və Andorrada yaşayan sakinlər də elektrik kəsintisindən təsirləndiklərini bildiriblər.

Tam bərpa bir həftə çəkə bilər

REN (Red Eléctrica de España) bildirib ki, vəziyyətin tam normallaşması bir həftə çəkə bilər. İspaniya rəsmiləri isə bu açıqlama ilə bağlı hələlik rəsmi mövqe bildirməyiblər.

"Springfieldın Son Günü" xatırlandı

Simpsonlar serialının "Springfield-ın Son Günü" adlı bölümündə oxşar bir ssenari göstərilmişdi. Bölümdə böyük bir elektrik kəsintisi nəticəsində maşınlar və mobil telefonlar işləməz hala gəlir, kənddə xaos yaşanır.

Bütün bu oxşarlıqlar fonunda, cəmiyyətin bir hissəsi baş verənləri "qəsd nəzəriyyəsi" kimi dəyərləndirir və yenidən "The Simpsons"un "gələcəyi öncədən proqnozlaşdırmaq bacarığı"nı müzakirəyə çıxarır.

Əlavə araşdırmalar aparılır.

Kənan Son.az

Qızıl və gümüş ucuzlaşıb like
  • 29 Apr 09:29  
Digərləri Qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

arrow Ətraflı
Rubl ucuzlaşdı, avro bahalaşdı  dolların qiyməti isə...  RƏSMİ like
  • 29 Apr 09:11  
Digərləri Rubl ucuzlaşdı, avro bahalaşdı dolların qiyməti isə... RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım" like
  • 29 Apr 09:09  
Şou-biznes "Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"

Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.

arrow Ətraflı
Tabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr like
  • 29 Apr 09:01  
Digərləri Tabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr

Əfsanələrdə və filmlərdə tez-tez rast gəlinən bir səhnə var: insan le

arrow Ətraflı
Qumral: Mən Aysundan öndəyəm like
  • 29 Apr 08:36  
Şou-biznes Qumral: Mən Aysundan öndəyəm

Təranə Qumral və Musa Musayev cütlüyünün müğənni qızı Qumral həmkar

arrow Ətraflı
Bu kəndin suyundan içən həkim olur  "Hər evdə ən az biri var" like
  • 29 Apr 08:08  
Digərləri Bu kəndin suyundan içən həkim olur "Hər evdə ən az biri var"

Sivasın Kolluca kəndi 50 il ərzində yetişdirdiyi 130 həkimlə diqqət mə

arrow Ətraflı
Aparıcılar qohum imiş like
  • 29 Apr 07:46  
Şou-biznes Aparıcılar qohum imiş

Aparıcılar Lamiyə Ələkbərova və Mətanə Əliverdiyeva qohum olduğu məl

arrow Ətraflı
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz like
  • 29 Apr 07:34  
Digərləri Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz

Ərdoğan zəlzələdən danışıb: İstanbul səhlənkarlığa və laqeydliyə

arrow Ətraflı
Yumurtaları qaynatmazdan əvvəl yumaq lazımdır? like
  • 29 Apr 07:07  
Digərləri Yumurtaları qaynatmazdan əvvəl yumaq lazımdır?

Yumurtaları qaynayan suya salmazdan əvvəl yaxşıca yumaq lazımdırmı? Bəz

arrow Ətraflı
Azərbaycanın əməkdar memarı vəfat etdi like
  • 29 Apr 06:47  
Digərləri Azərbaycanın əməkdar memarı vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edi

arrow Ətraflı
Valideynlərin bu ifadələri uşaqları daha çox incidir like
  • 29 Apr 06:35  
Digərləri Valideynlərin bu ifadələri uşaqları daha çox incidir

Uşaqlara hansı sözləri əsla demək olmaz ki, sonradan peşman olmayasınız

arrow Ətraflı
Bu bürclərin aprelin sonuna qədər istədikləri olacaq like
  • 29 Apr 05:05  
Digərləri Bu bürclərin aprelin sonuna qədər istədikləri olacaq

2025-ci ilin aprelində Kainat bürcün dörd əlamətini səxavətlə mükafatl

arrow Ətraflı
Çia toxumlarındakı ölümcül təhlükə  XƏBƏRDARLIQ like
  • 29 Apr 03:03  
Digərləri Çia toxumlarındakı ölümcül təhlükə XƏBƏRDARLIQ

Son illərdə super qidalar arasında ulduza çevrilən çia toxumları lif, zü

arrow Ətraflı
Pınarla Kaan oğulları ilə like
  • 29 Apr 02:02  
Şou-biznes Pınarla Kaan oğulları ilə

Türkiyəli məşhur cütlük Kaan Yıldırımla Pınar Dəniz yeni doğulan oğ

arrow Ətraflı