“Kənd toyuğudur” adı ilə belə ALDANIRIQ


Digərləri 27 Apr 2025 15:20:00 69 0

“Kənd toyuğudur” adı ilə belə ALDANIRIQ

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar. Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar. Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Broyler bir aya yetişir, kənd toyuğu dörd aya

Qida təhlükəsizliyi eksperti İlkin Şirinov broyler və kənd toyuqlarının tamamilə fərqli şərtlər altında yetişdirildiyini vurğuladı: "İnsanlar kənd və broyler toyuğunu rənginə görə ayırırlar. Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir. Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır". Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur. Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir: "Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır. Kənd toyuğu isə daha uzun müddət saxlanılır. Günəş və torpaqla əlaqədə olurlar. Bu səbəbdən də broyler toyuqlarının bədənlərində olan su qalıqları kənd toyuqlarında müşahidə edilmir".

Dərisi sarı və qabarıq olur

İ.Şirinovun sözlərinə görə, diqqətlə baxdıqda broyler və kənd toyuqlarını asanlıqla ayırd etmək mümkündür: "Broyler toyuqlarının ayaqlarını xüsusi sarıköklü və ya sarı kimyəvi maddəli suda bir müddət saxladıqdan sonra kənd toyuğu adı ilə insanlara satırlar. Lakin kənd toyuğunun təbii sarılığı ilə sonradan rəngi dəyişdirilən toyuq arasında fərqi gözlə görmək mümkündür. Kənd toyuğunu bişirdikdə dadı və ətinin yapışqanlığı onu müəyyən etməkdə kömək olur".

Ekspertin sözlərinə görə, kənd toyuğunun dərisi günəş işığından gələn D vitamini ilə zəngin olduğundan broyler toyuğuna nisbətən daha qabarıq və qalın olur. Amma broyler toyuğunda dəri salfet kimi nazikdir: "Kənd toyuğunun özünəməxsus qoxusu var. Bu qoxu broyler toyuqlarında olmur. İnsanlar sağlamlıqlarının qeydinə qalmaq istəyirlərsə, toyuğu diri formada almaları daha məqsədəuyğundur. Bu zaman heç bir şübhə, risk də olmayacaq".

"İşbazlar üçün insan sağlamlığı ikinci plandadır"

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır. İşçi qrup yaradılmalı və məhsulun həqiqiliyi ayırd edilməlidir ki, insanlar işbazların qurbanına çevrilməsinlər: "Bazarlarda və digər iaşə müəssisələrində tək toyuqlarda deyil, digər ət məhsullarında da belə fırıldaqlar mövcuddur. Bununla bağlı reydlər keçirilməlidir. Çünki işbazlar üçün insan sağlamlığı ikinci plandadır. Broyler toyuqlarına vurulan maddələr ürək-damar xəstəliklərinə, hətta xərçəng riskinə səbəb ola bilər".

İ.Şirinov insanlara tövsiyə etdi ki, bilmədikləri yerlərdən belə məhsulları əldə etməsinlər: "Bu məhsulların açıq şəkildə insanların sıx yerləşdiyi yerlərdə satılması heç də düzgün deyil. Üzərindən heç bir markalanma olmayan məhsulu almaq göz görə-görə sağlamlığımızı riskə atmaq deməkdir. Çünki bu məhsulların açıq havada, qadağan edilən temperaturda satışı yolverilməzdir".

"Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: "Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Üstəlik, onlar buğda və arpa ilə də qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Hansı ki, hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir".

Yaşlı toyuqlar da kənd toyuğu adı altında satılır

E.Hüseynovun sözlərinə görə, bəzən şəhərdə biri üç manata toyuqlar satılır. Həmin toyuqlar yumurtadan kəsilən toyuqlardır, əti çox bərk olur: "İşbazlar da bundan istifadə edərək, onu kənd toyuğu adı ilə insanlara satırlar. Bişirəndə kənd toyuğuna bənzəyir. Amma əslində satışa verilməməlidir. Kənd toyuqlarının əti və sümüyü daha möhkəm olur. Broyler toyuğu şişmiş və ətli olduğu üçün sümükləri daha yumşaqdır".

Sədrin fikrincə, insanlar bu kimi hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidir: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycan əmtəə bazarında satılan bütün qida məhsulları paketlənməli, üzərində etiketi, buraxılma tarixi və sair bu kimi məlumatlar olmalıdır. İnsanlara ttövsiyə edirəm ki, kənd toyuqları adı ilə satılan broyler toyuqları gördükdə bu barədə Qida Təhlükəsizliyi Agentliyinin "Qaynar xətt"inə məlumat versinlər". ("Kaspi" qəzeti)

Bəhməzin içinə 1 qaşıq əlavə edin  Möcüzəvi faydanı görün like
  • 27 Apr 15:05  
Digərləri Bəhməzin içinə 1 qaşıq əlavə edin Möcüzəvi faydanı görün

Sağlamlıq üçün faydalı olan bir çox təbii məhsullar arasında bəhməzi

arrow Ətraflı
Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı  VİDEO like
  • 27 Apr 14:55  
Şou-biznes Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı VİDEO

Müğənni İradə Mehrinin ailəvi məkanda olan geyimi birmənalı qarşılanm

arrow Ətraflı
1 milyon qoyunu daşıyan gəmi BATDI: dənizə düşən heyvanları...  VİDEO like
  • 27 Apr 14:50  
Dünya 1 milyon qoyunu daşıyan gəmi BATDI: dənizə düşən heyvanları... VİDEO

Yəmənin ərazi sularından bir qədər aralıda Ədən sahillərində milyona

arrow Ətraflı
Kənan milyonlar qazanacaq like
  • 27 Apr 14:20  
Şou-biznes Kənan milyonlar qazanacaq

Türkiyəli aktyor Kənan İmirzalıoğlu uzun aradan sonra seriala çəkilməy�

arrow Ətraflı
Türk dünyasının paleti: Alanyada keçirilən ikinci beynəlxalq simpozium  FOTO like
  • 27 Apr 14:07  
Kriminal Türk dünyasının paleti: Alanyada keçirilən ikinci beynəlxalq simpozium FOTO

2025-ci il aprelin 25-də Aralıq dənizi mədəniyyətinin əsas mərkəzlərin

arrow Ətraflı
Dövlət sərhəddimizdə silah səsləri eşidildi: bir nəfər zərərsizləşdirildi, 3ü saxlanılıb like
  • 27 Apr 14:00  
Digərləri Dövlət sərhəddimizdə silah səsləri eşidildi: bir nəfər zərərsizləşdirildi, 3ü saxlanılıb

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandan

arrow Ətraflı
Bu xəstəliklər qadınlarda insult riskini 2 dəfə ARTIRIR like
  • 27 Apr 13:52  
Digərləri Bu xəstəliklər qadınlarda insult riskini 2 dəfə ARTIRIR

50 yaşdan gənc yetkinlərdə miqren və digər qeyri-ənənəvi risk faktorlar

arrow Ətraflı
Çoxunun evində var  "Antikvardır" deyib, 15 min manata alırlar like
  • 27 Apr 13:42  
Digərləri Çoxunun evində var "Antikvardır" deyib, 15 min manata alırlar

Sosial şəbəkələrdə antikvar hesab olunan əşyaların yüksək qiymətlər

arrow Ətraflı
Hava kəskin dəyişir: temperatur aşağı enəcək like
  • 27 Apr 13:39  
Digərləri Hava kəskin dəyişir: temperatur aşağı enəcək

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarı

arrow Ətraflı
Şirin dili ilə ilanı yuvasından çıxardan BÜRCLƏR: inandıra bilməyəcəyi insan yoxdur like
  • 27 Apr 13:27  
Digərləri Şirin dili ilə ilanı yuvasından çıxardan BÜRCLƏR: inandıra bilməyəcəyi insan yoxdur

Hər kəs eyni danışıq və ünsiyyət bacarığına sahib olmur. Bəzi insanl

arrow Ətraflı
Rəsmi iş yeri olmayanlara şad XƏBƏR: bu qayda ilə like
  • 27 Apr 13:25  
Digərləri Rəsmi iş yeri olmayanlara şad XƏBƏR: bu qayda ilə

Bu gün müzakirə olunan məsələlərdən biri də evi olmayan vətəndaşlar�

arrow Ətraflı
Zəlzələdən çadırda qorunan qadını və bacısını keçmiş əri GÜLLƏLƏDİ like
  • 27 Apr 13:14  
Digərləri Zəlzələdən çadırda qorunan qadını və bacısını keçmiş əri GÜLLƏLƏDİ

Türkiyədə zəlzələ səbəbilə küçədə yaşayan qadınlar güllələnib.

arrow Ətraflı
Vüsalə bu rəqsi ilə ağılları başdan aldı  VİDEO like
  • 27 Apr 13:02  
Şou-biznes Vüsalə bu rəqsi ilə ağılları başdan aldı VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gün

arrow Ətraflı