Dövlət sərhəddimizdə silah səsləri eşidildi: bir nəfər zərərsizləşdirildi, 3ü saxlanılıb
Digərləri 27 Apr 2025 14:00:00 77 0
Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Bu xəbəri də oxu: COVID19dan sağ qalanların diqqətinə
Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.
Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər - Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.
50 yaşdan gənc yetkinlərdə miqren və digər qeyri-ənənəvi risk faktorlar

Sosial şəbəkələrdə antikvar hesab olunan əşyaların yüksək qiymətlər

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarı

Hər kəs eyni danışıq və ünsiyyət bacarığına sahib olmur. Bəzi insanl

Bu gün müzakirə olunan məsələlərdən biri də evi olmayan vətəndaşlar�

Türkiyədə zəlzələ səbəbilə küçədə yaşayan qadınlar güllələnib.

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gün

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask h

Yeməkdən sonra yaşanan şişkinlik, qaz və mədə yanması əksər insanlar�

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron

Bir çox mağazada yumurtaların üzərində istehsal tarixi qeyd olunsa da, onl

Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network)

Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsin

"Kanal D"də yayımlanan "Arka sokaklar" serialının heyət
