Zelenskinin müqaviməti qırılır: Ukrayna və ABŞ arasında saziş imzalanacaq
Siyasət 18 Apr 2025 21:06:00 106 0
Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib ki, ABŞ-la Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. O yeni görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-dək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək: "Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüş idi. Sonrakı mərhələdə müzakirələr həm birbaşa, həm də onlayn formatda davam etdiriləcək". O əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub.
Bu xəbəri də oxu: Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
Son.az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ-lə Ukrayna arasında təbii sərvətlərin hasilatına dair sazişin imzalanması uzun müddətdir müzakirə olunur. Bu məsələ Vaşinqtonu dərindən maraqlandırır.
"Kiyevin özündən asılı vəziyytdə olduğunu anlayan Vaşinqton indi bütün imkanlarla bu vəziyyətdən istifadə etməyə çalışır. Bunun üçün ABŞ hətta Ukraynanı təhdid etməkdən də çəkinmir. ABŞ Prezidenti Donald Tramp Ukraynanın təbii sərvətlərini mənimsəməkdə israrlıdır. Bunun üçün Ukrayna lideri Volodimir Zelenskiyə təzyiq davam edəcək. Hazırda rəsmi Kiyevin iki yolu var. Ya ABŞ-yə müqavimət göstərəcək və Rusiya ilə müharibədə ən çətin ssenari ilə qarşılaşacaq, ya da Trampla razılaşacaq və qismən güzəştlər əldə edəcək. Hərçənd saziş imzalanarsa, Ukrayna yenə də müstəqilliyini müəyyən mənada itirmiş olacaq və ABŞ-dən asılı duruma düşəcək.
Zelenskinin açıqlamasından belə çıxır ki, o, prosesin hazırkı mərhələsindən razıdır. Yəqin ki, Kiyev Vaşinqtona sonsuzadək müqavimət göstərə bilməyəcək və sözügedən sənəd hansısa mərhələdə imzalanacaq. Hərçənd, mümkündür ki, Zelenski Avropanın da təhriki ilə prosesi mümkün qədər uzatsın. İndi onun əsas məqsədi saziş əvəzində ABŞ-dən təhlükəsizlik zəmanəti, yaxud mümkün danışıqlarda güzəşt əldə etməkdir. Əgər bunu bacarsa, sazişin imzalanmasını xalqına belə izah edəəck. Mümkündür ki, ABŞ Zelenskiyə vəd versin. Amma bu vədin üstündə durub- durmayacağı sual altındadır".
Asya Son.az
Madat Babayan Xocalıda silahsız insanların qətlində iştirakını etiraf ed

"Biləsuvar Quşçuluq" ASC səhmdarlarının növbədənkənar ümumi

Bakıda sahibsiz küçə itləri azyaşlı qıza hücum ediblər.

Körpənin cinsiyyəti ana bətnində mayalanma zamanı müəyyən olunur və bu

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Rusiyanın paytaxtı Moskvanın Smolenskaya meydanında yerləşən "Smolen

Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral İs

Rusiya Silahlı Qüvvələrinin Xarkova endirdiyi ballistik raket zərbələri n

Azərbaycanda evlərdən birində cadu taplıb.

"Bakı Metropoliteni" QSC metroda tunel tikintisi ilə əlaqədar icti

Bu ilin birinci rübündə ödənişi gecikdirilmiş 80 min manatdan çox vəsai

Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.
