Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini etiraf etdi
Siyasət 18 Apr 2025 19:48:00 130 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.
Bu xəbəri də oxu: Mövqelərimiz atəşə tutuldu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: "Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".
O, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".
M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: "Səhv etmişik".
O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək. Son.az
Rusiyanın paytaxtı Moskvanın Smolenskaya meydanında yerləşən "Smolen

Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral İs

Rusiya Silahlı Qüvvələrinin Xarkova endirdiyi ballistik raket zərbələri n

Azərbaycanda evlərdən birində cadu taplıb.

"Bakı Metropoliteni" QSC metroda tunel tikintisi ilə əlaqədar icti

Bu ilin birinci rübündə ödənişi gecikdirilmiş 80 min manatdan çox vəsai

Ukrayna ordusunun azərbaycanlı hərbçisi itkin düşüb.

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.

Naxçıvan Şəhər Məhkəməsində şəhərin 1 saylı orta məktəbinin keçm

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təlim və Simulyasiya Mərk

"Apple"ın yeni "iPhone 17 Pro" və "17 Pro Max" m

Aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komanda

Məclislərin birində görüntülənən məşhurlar aparıcı Aytəkin Mərdan

Yeni imtahan modelinə keçiddən sonra tam (11 illik) orta təhsil səviyyəsi
