Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir Təzminat ala bilərsiz
Digərləri 17 Apr 2025 09:56:06 97 0
Son dövrlərdə yeni tikilmiş çoxmənzilli binalarda mənzil alan vətəndaşlar çıxarışda (kupçada) göstərilən sahə ilə faktiki istifadə etdikləri sahə arasında ciddi fərqlərlə qarşılaşırlar.
Bu xəbəri də oxu: Övladı I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Bəs alıcılar nəyə diqqət etməlidir?
Son.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlama verib.
Ekspertin sözlərinə görə, mənzillər ilkin mərhələdə alıcıya müqavilə əsasında təqdim olunur və həmin müqavilədə göstərilən ümumi sahə daha geniş olur. Lakin sonradan verilən çıxarışlarda bu sahə az göstərilə bilər. Belə hallarda fərq adətən 10-15 kvadratmetr təşkil edir.
"Çıxarış hazırlanarkən bəzi köməkçi sahələr - məsələn, divar qalınlığı, eyvan, məhəccər və digər texniki elementlər ümumi sahəyə daxil edilmir. Nəticədə, müqavilədə qeyd olunan sahə ilə rəsmi sənəddə əks olunan ölçü arasında fərq yaranır", - deyə Elnur Fərzəliyev bildirib.
Hüquqşünas Hikmət Əliyev isə məsələyə hüquqi aspektdən yanaşaraq bildirib ki, belə hallarda vətəndaşların hüquqları pozulmuş sayılır və onlar bu fərqin - yəni sənəddə göstərilməyən sahənin dəyərinin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Onun sözlərinə görə, məhkəmə bu hallarda müqavilə və ekspertiza rəyləri əsasında qərar çıxara bilər:
"Mənzil almazdan əvvəl alıcılar müqavilədə göstərilən sahənin hansı elementləri əhatə etdiyini dəqiqləşdirməli, çıxarış verilməzdən öncə texniki planla tanış olmalı, "ümumi sahə" və "yaşayış sahəsi" anlayışları arasındakı fərqi nəzərə almalı, həmçinin zərurət yarandıqda hüquqi məsləhət alaraq lazım gəldikdə məhkəməyə müraciət etməlidirlər".
Əmlak sahəsində mütəxəssislər bildirirlər ki, bu kimi uyğunsuzluqlar, xüsusən də tikinti şirkətlərinin məsuliyyətsiz davranışı fonunda tez-tez baş verir və alıcılar daha diqqətli olmalıdırlar.
Asya Son.az
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Xəbər verdiyimiz kimi, dünən Ağsuda bədbəxt hadisə yaşanıb. Gücl�

"Huawei" qapı kilidi sahəsində inqilab edib.

Astroloqların son araşdırmalarına görə, bəzi bürclər təbiətlərində

Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado "Tik Toker" s

Bolluq və rifah hər bir insanın arzuladığı bir həyat tərzidir. Qədimdə

Sankt-Peterburqda yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında Rus

Gündəlik qidalanmada geniş istifadə olunan bu məhsul sağlamlıq üçün c

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu ilə bağlı 105 illi

97 illik müsabiqəyə yeni qadağa tətbiq olunub.

Baş rollarını Demet Özdemir ilə Çağatay Ulusoyun paylaşadığı "E�

Səhər acqarına içilən limonlu su həm çəki atmaqda, həm də ümumi sağl

"Parfümümü çoxuna verə bilərəm ki, vur. Amma ondan Mətanətin iyi g

Müğənni Ayan Babakişiyeva yeni fotosessiyası ilə diqqət çəkib.
