Adamı damarından tanıyan qapı kilidi hazırlandı Qiyməti 600 manatdır FOTO
Digərləri 17 Apr 2025 09:45:00 106 0
"Huawei" qapı kilidi sahəsində inqilab edib.
Bu xəbəri də oxu: May ayı bu bürclərin taleyini dəyişəcək
Son.az xarici mətbuata istinadla xəbər verir ki, "Huawei" süni intellektlə təchiz edilmiş "Smart Door Lock 2" seriyasını təqdim edib. Bu məhsul ovucdakı damarların tanınması funksiyası ilə diqqət çəkir.
Şirkət bu dəfə qapı kilidi texnologiyasını gücləndirərək ilk dəfə olaraq ovucla şəxsiyyət tanıma sistemini əlavə edib. Yeni sistem skan, yüksək hesablama gücünə malik çip və ultrasəs müşahidəsi vasitəsilə ovucun damar strukturlarını dərinliklə analiz edir. Bu texnologiya, xüsusilə barmaq izləri qeyri-müəyyən olan və ya hündürlük baxımından fərqlilik göstərən insanlar, o cümlədən uşaqlar üçün də istifadə oluna bilər. Bu üsul həm təhlükəsizliyi, həm də dəqiqliyi ilə seçilir.
Yeni nəsil NPU çipinin hesablama gücü 15 dəfə artırılıb ki, bu da daha sürətli və effektiv tanıma imkanları yaradır. Qapını aşağıdakı üsullarla açmaq mümkündür: ovuc damarının tanınması, barmaq izi ilə təsdiq, mobil tətbiq vasitəsilə uzaqdan açılış, mərkəzi nəzarət sistemi ilə uzaqdan açılış, rəqəmsal şifrə, qonaq şifrəsi və açarla açma.
Smart Door Lock 2 həm də 161 dərəcə bucağı əhatə edən və "pişik gözü" adlanan yeni nəsil genişbucaqlı kameraya sahibdir. Bu kamera qapı arxasındakı görüntünü aydın şəkildə çəkir və qeyri-adi vəziyyətləri qeydə alır. Kamera eyni zamanda 7 günlük pulsuz "cloud" yaddaşı ilə təmin olunur.
Cihaz həmçinin müxtəlif ekranlar arasında keçid funksiyası təklif edir. İstifadəçilər qapı qarşısındakı görüntünü mobil telefondan, ağıllı televizordan və avtomobilin məlumat ekranından izləyə, iki tərəfli video danışıq və uzaqdan kilid açma imkanından yararlana bilərlər.
AI Life tətbiqi vasitəsilə istifadəçilərə evdən çıxarkən sobanı söndürmək, hava şəraiti ilə bağlı xəbərdarlıqlar, paltar götürmək kimi gündəlik xatırlatmalar səsli bildirişlərlə çatdırılır.
Astroloqların son araşdırmalarına görə, bəzi bürclər təbiətlərində

Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado "Tik Toker" s

Bolluq və rifah hər bir insanın arzuladığı bir həyat tərzidir. Qədimdə

Sankt-Peterburqda yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında Rus

Gündəlik qidalanmada geniş istifadə olunan bu məhsul sağlamlıq üçün c

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu ilə bağlı 105 illi

97 illik müsabiqəyə yeni qadağa tətbiq olunub.

Baş rollarını Demet Özdemir ilə Çağatay Ulusoyun paylaşadığı "E�

Səhər acqarına içilən limonlu su həm çəki atmaqda, həm də ümumi sağl

"Parfümümü çoxuna verə bilərəm ki, vur. Amma ondan Mətanətin iyi g

Müğənni Ayan Babakişiyeva yeni fotosessiyası ilə diqqət çəkib.

İtaliyanın Palermo şəhərində qadın psixiatr bir müddət əvvəl özünü

Müğənni Əkbər Əliyevin açıqlaması marağa səbəb olub.
