Taksi sürücüləri psixoloji müayinədən keçməlidir Son dəhşətli qəzanın nəticələri


Digərləri 14 Apr 2025 14:25:00 116 0

Taksi sürücüləri psixoloji müayinədən keçməlidir  Son dəhşətli qəzanın nəticələri

"İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürücülərinin müəyyən zamanlarda psixoloji müayinədən keçməsi, həm onların rifahı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından qanunvericiliklə tənzimlənməlidir".

Son.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bir neçə gün bundan öncə Bakıda baş vermiş dəhşətli qəzanın görüntülərinin insanlara psixoloji təsirlərindən danışarkən deyib.   Psixoloqun sözlərinə görə, bu həm də xidmətin keyfiyyətinin artırılmasına və ictimai etimadın yüksəlməsinə səbəb olar:

"Baş verən avtomobil qəzası kimi travmatik hadisələr insanların psixoloji sağlamlığına əlbəttə ki, təsir göstərdi. Xüsusən hadisənin birbaşa şahid olanlar və ya iştirak edənlərdə çox zaman post-travmatik stress pozuntusu (PTSP) yaşanır. Onlarda hadisənin dəfələrlə xatırlanması, hadisəni yenidən yaşayırmış kimi görüntülərin göz önünə gəlməsi və bunun nəticəsində yaranan yuxu problemləri, təşviş və qaçınma davranışları müşahidə olunur. Eyni zamanda qorxu və təşviş pozuntuları da müşahidə olunur. Nəqliyyat vasitələrinə minməkdən qorxmaq, qəzanın baş verdiyi yerlərdən uzaqlaşmaq və ya qəzanı xatırladan istənilən vəziyyətdən qaçmaq halları baş verə bilər".

Elnur Rüstəmov bildirib ki, hadisənin təsiri ilə yaranan dərin kədər, maraq itkisi, gündəlik həyata adaptasiya çətinliyi də ola bilər:

"Ona görə də belə hadisələrin mənfi psixoloji təsirlərinin qarşısını almaq və ya təsirlərini azaltmaq üçün həm sürücülərin, həm də sərnişinlərin vaxtında mütəxəssis dəstəyi almaları çox önəmlidir. Psixoloji dəstək almaq travmanın uzunmüddətli təsirlərini azaltmağa kömək edir. Baş verən hadisə "taksi sürücüləri psixoloji yoxlanışdan keçməlidirmi" sualını da aktuallaşdırdı. Nəzərə almaq lazımdır ki, taksi sürücüləri sadəcə nəqliyyat vasitəsi idarə edən şəxslər deyil, eyni zamanda gündəlik olaraq insanlarla birbaşa ünsiyyətdə olan, onların həyat və təhlükəsizliyinə cavabdeh olan peşə sahibləridir. Bu səbəbdən onların psixoloji stabilliyi və emosional balansı həm sərnişinlərin təhlükəsizliyi, həm də cəmiyyətin rifahı baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sürücülər gündəlik olaraq sıx hərəkət, vaxt məhdudiyyəti və sərnişinlərlə anlaşılmazlıqlar kimi stresli vəziyyətlərlə qarşılaşırlar. Bu hallarda emosional stabillik itərsə, qəza riski artar".

Elnur Rüstəmov əlavə edib ki, bəzi sürücülərdə yüksək aqressivlik, əsəbilik və ya impulsiv reaksiya meyli ola bilər:

Azərbaycan XİN fransalı nazirə cavab verdi like
  • 14 Apr 14:23  
Siyasət Azərbaycan XİN fransalı nazirə cavab verdi

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidm

arrow Ətraflı
ABŞın iqtisadi gələcəyi təhlükədə like
  • 14 Apr 14:19  
Dünya ABŞın iqtisadi gələcəyi təhlükədə

ABŞ prezidenti Donald Trampın "ticarət müharibəsi" siyasəti icti

arrow Ətraflı
Əməliyyat zamanı canlı yayım açan həkimlərə XƏBƏRDARLIQ like
  • 14 Apr 14:06  
Digərləri Əməliyyat zamanı canlı yayım açan həkimlərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən əhalinin həyat

arrow Ətraflı
Xəzər dənizində zəlzələ oldu like
  • 14 Apr 13:58  
Digərləri Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Azərbaycanda 1ci kurs tələbəsi ürəktutmasından vəfat etdi like
  • 14 Apr 13:45  
Digərləri Azərbaycanda 1ci kurs tələbəsi ürəktutmasından vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznes və Menecment" f

arrow Ətraflı
Dənizdə dalğanın hündürlüyü 6 metrə çatacaq  XƏBƏRDARLIQ like
  • 14 Apr 13:39  
Digərləri Dənizdə dalğanın hündürlüyü 6 metrə çatacaq XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm�

arrow Ətraflı
Aeroport yolunda "ara işləmək" istədi qəzaya düşdü  Anbaan görüntülər like
  • 14 Apr 13:30  
Digərləri Aeroport yolunda "ara işləmək" istədi qəzaya düşdü Anbaan görüntülər

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sür

arrow Ətraflı
Romantika, yüksək qazanc və... Bu gün bürcləri nə gözləyir? like
  • 14 Apr 13:21  
Digərləri Romantika, yüksək qazanc və... Bu gün bürcləri nə gözləyir?

Bu gün Ay Tərəzi bürcündə hərəkətini davam etdirir və bizdən münasib

arrow Ətraflı
Əlcəzair fransalı diplomatlara vaxt qoydu: 48 saata ölkəni tərk edin like
  • 14 Apr 13:20  
Dünya Əlcəzair fransalı diplomatlara vaxt qoydu: 48 saata ölkəni tərk edin

Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaqla hədələyib və onl

arrow Ətraflı
"YouTube"da ən çox izlənən video bu imiş like
  • 14 Apr 13:15  
Digərləri "YouTube"da ən çox izlənən video bu imiş

"​YouTube"un ən çox izlənən videosu "Baby Shark Dance"

arrow Ətraflı
Sabah şimşək çaxacaq, leysan yağacaq like
  • 14 Apr 13:03  
Digərləri Sabah şimşək çaxacaq, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələ

arrow Ətraflı
"Vannadakı şəkillərimi anam çəkib"  FOTO like
  • 14 Apr 13:00  
Şou-biznes "Vannadakı şəkillərimi anam çəkib" FOTO

Axırıncı dəfə "Kör Nokta" serialında rol ifa edən Rabia Soyt�

arrow Ətraflı
Bloqer Vasif Fətiyev həbs edildi like
  • 14 Apr 12:55  
Kriminal Bloqer Vasif Fətiyev həbs edildi

Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.

arrow Ətraflı
Məşhur aktrisa vəfat etdi  FOTO like
  • 14 Apr 12:51  
Şou-biznes Məşhur aktrisa vəfat etdi FOTO

Britaniyalı məşhur aktrisa Jan Marş 90 yaşında dünyasını dəyişib.

arrow Ətraflı