Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi Milyonluq zərərlər ödəniləcək


Digərləri 14 Apr 2025 13:07:00 103 0

Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi  Milyonluq zərərlər ödəniləcək

"KAT Holdinq" MMC-nin təsisçisi və direktorunun cinayət işi üzrə məhkəmə araşdırması davam edib. Direktor məhkəmə zalında həbs edilib.

Musavat.com xəbər verir ki, holdinqin təsisçisi Elçin Ələkbərov həbs edilib.

İş adamı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusilə külli miqdarda ziyan vurmaqla), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.

Elçin Ələkbərovla birlikdə holdinqin direktoru Mail İbadov da məsuliyyətə cəlb edilib və istintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Birinci instansiya məhkəməsi ona şərti cəza versə də, Mail İbadov Bakı Apellyasiya Məhkəməsində həbs edilib.

Elçin Ələkbərovun adı mətbuata haradan tanış oldu?

2021-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayıldı.

Məlum oldu ki, şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlıdır. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildirirdilər.

MİDA məsələ ilə bağlı açıqlama verərək izah etdi ki, adı çəkilən binalar "KAT Holdinq" MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi.

27 saylı bina MİDA-ya təhvil verilməli, 28 və 29 saylı binalar isə "KAT Holdinq" MMC-nin sərəncamında qalmalı idi. MİDA deyirdi ki, şikayətlər məhz 28 və 29-cu binalarla bağlıdır.

Sonradan məlum oldu ki, "KAT Holdinq" MMC-nin qeyd edilən binaları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovun həbs edilməsidir.

Holdinq rəhbəri kimin şikayəti ilə həbs edilib?

Yuxarıda da qeyd etdiyimiz kimi, Elçin Ələkbərov uzun müddət tikinti sahəsində çalışıb və "KAT Holdinq" MMC-nin təsisçisidir.

Şikayət edən isə Elçin Ələkbərov həbs edilmədən 2-3 il əvvəl holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusadır.

Razılığa əsasən, Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə, inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusaya verilib.

Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.

Povilas Pociusanın 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb. Lakin bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinin başlanması rədd edilib.

Povilas Pociusa şikayətlərini davam etdirib. Sonradan isə Elçin Ələkbərova qarşı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Bununla da Elçin Ələkbərov özünün həmtəsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə suçlanıb...

Həbs edilən Elçin Ələkbərovun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbslər qoyulub.

İşin digər ilginc tərəfləri də var. Belə ki, Povilas Pociusanın tələb etdiyi məbləğ "Kat Holdinq" MMC ilə onun arasında bağlanmış rəsmi borc müqaviləsilə şirkətin aldığı borcdur. Bundan əlavə, alınan 3 milyonluq borc qarşılığında qoyulan girovun məbləği isə qat-qat artıqdır. Təkcə girov qoyulan zavodun dəyəri 5 milyon, digər girovlarla birlikdə isə 10 milyon dəyərində hesablanır.

Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir.

Onun ailə üzvlərinin əmlakının üzərinə qoyulan həbs qərarları məhkəmə ilə ləğv edilib. Lakin sonradan yenidən həmin əmlakların üzərinə həbs qoyulub.

Elçin Ələkbərov qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onu mənimsəmə ittihamı ilə təqsirsiz bilib. Cəzası 11 ilə endirilib. Onun bir çox əmlakının üzərindən həbs götürülüb.

Mail İbadov isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsi qeyd edilən maddə ilə onun barəsində cəza təyin etməmişdi. İbadov Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qandallanıb.

Zərərçəkmiş Litva vətəndaşının mülki iddiası təmin edilib.

Sabah şimşək çaxacaq, leysan yağacaq like
  • 14 Apr 13:03  
Digərləri Sabah şimşək çaxacaq, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələ

arrow Ətraflı
"Vannadakı şəkillərimi anam çəkib"  FOTO like
  • 14 Apr 13:00  
Şou-biznes "Vannadakı şəkillərimi anam çəkib" FOTO

Axırıncı dəfə "Kör Nokta" serialında rol ifa edən Rabia Soyt�

arrow Ətraflı
Bloqer Vasif Fətiyev həbs edildi like
  • 14 Apr 12:55  
Kriminal Bloqer Vasif Fətiyev həbs edildi

Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.

arrow Ətraflı
Məşhur aktrisa vəfat etdi  FOTO like
  • 14 Apr 12:51  
Şou-biznes Məşhur aktrisa vəfat etdi FOTO

Britaniyalı məşhur aktrisa Jan Marş 90 yaşında dünyasını dəyişib.

arrow Ətraflı
Almaniyada sərt geridönüş: Avropada liberalizmin sonu çatır like
  • 14 Apr 12:45  
Siyasət Almaniyada sərt geridönüş: Avropada liberalizmin sonu çatır

Tarix geriyə döndükdə, bunu gurultu ilə deyil, alman bürokratiyasının pr

arrow Ətraflı
Azərbaycanda 71 yaşlı kişi haqsız yerə mühakimə edilir? like
  • 14 Apr 12:39  
Digərləri Azərbaycanda 71 yaşlı kişi haqsız yerə mühakimə edilir?

71 yaşlı Nazim Xudaverdiyev 35 il dostluq etdiyi şəxsin şikayəti ilə cina

arrow Ətraflı
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ like
  • 14 Apr 12:30  
Digərləri Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən ba

arrow Ətraflı
Gecə səsküy salan iaşə obyektləri cərimələndi  VİDEO  FOTO like
  • 14 Apr 12:21  
Digərləri Gecə səsküy salan iaşə obyektləri cərimələndi VİDEO FOTO

Polis Nərimanovda gecə saatlarında məişət səs-küyü normalarına əməl

arrow Ətraflı
Mətanət Əsədova: "Mən sənətkar deyiləm!" like
  • 14 Apr 12:13  
Şou-biznes Mətanət Əsədova: "Mən sənətkar deyiləm!"

Müğənni Mətanət Əsədova "Mən sənətkar deyiləm" ifadəsi il�

arrow Ətraflı
Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır?  AÇIQLAMA like
  • 14 Apr 12:04  
Digərləri Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır? AÇIQLAMA

"Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün ha

arrow Ətraflı
VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub like
  • 14 Apr 12:00  
Digərləri VTB (Azərbaycan) I rübü 3,3 milyon manat mənfəətlə başa vurub

VTB (Azərbaycan) ASC 2025-ci ilin birinci rübünün nəticələrini açıqlay�

arrow Ətraflı
Dubay şokoladı qalmaqalı  Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş like
  • 14 Apr 12:00  
Digərləri Dubay şokoladı qalmaqalı Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş

Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı

arrow Ətraflı
Dələduz vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir? like
  • 14 Apr 11:49  
Digərləri Dələduz vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir?

Son zamanlar bir çox insanlar dələduzların qurbanına çevrilirlər. Onları

arrow Ətraflı
FHNdən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT like
  • 14 Apr 11:38  
Digərləri FHNdən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti i

arrow Ətraflı
7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib like
  • 14 Apr 11:30  
Digərləri 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik

arrow Ətraflı