100 milyon manata yaxın pul vəsaitini ölkəyə qaytarmayan şəxslər HƏBS OLUNDULAR
Digərləri 11 Apr 2025 14:31:00 130 0
Kənd təsərrüfatı və digər məhsulların ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Bu xəbəri də oxu: Şimşək, leysan, dolu SABAHIN HAVASI
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Belə ki, Nərimanov Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs "My Vegetables" MMC tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 14 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən Gündüz İsmayıl oğlu Hüseynov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 32.3, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə təşkilatçı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.
Belə ki, Nərimanov Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs "Metal Trades", "Aksan İthalat İhrasat və Turizm Limited Şirkəti" MMC-lər tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 2 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 3 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən qeyd olunan hüquqi şəxslərin rəhbəri, Hindistan Respublikasının vətəndaşı Bijay Kumar Takir iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.
Sabunçu Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə fiziki şəxs "Aroma Service" MMC tərəfindən əlvan metalların konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 6.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən həmin hüquqi şəxsə faktiki rəhbərlik edən həmin hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən Ramil Rafiq oğlu Xələfov iş üzrə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində dövlətlərarası beynəlxalq axtarış elan edilib.
Castin Timberleyk (Justin Timberlake) "The Forget Tomorrow" dünya tur

Piriyev Rəfael Fizuli oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İs

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti il

Avropa İttifaqı və "European Crafts Alliance"ın dəstəyi ilə Avr

"Parçalanmış dünyada diplomatiyaya dönüş" sloqanı ilə bu gün

Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cə

Həqiqi hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən ş�

Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdı

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəlliməsi Humay Nə

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getm

Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən

Bəzi insanlar var ki, sanki pul onlara tərəf özü gəlir. İş qururlar - u�

ABŞ-ın Çindən başqa ölkələrə tətbiq edəcəyi əlavə rüsumlar hələ

Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulaca
