Parçalanmış dünyada etibarlı sistem: Bakı yeni model təklif edir


Siyasət 11 Apr 2025 13:55:00 127 0

Parçalanmış dünyada etibarlı sistem: Bakı yeni model təklif edir

"Parçalanmış dünyada diplomatiyaya dönüş" sloqanı ilə bu gün işinə başlayan Antalya Diplomatik Forumu (ADF) sadəcə, növbəti beynəlxalq görüş, müzakirə və ya diskussiya platforması yox, həm də qlobal geosiyasətdə elə qlobal əksəriyyətin - yəni Qərbin hüdudlarından kənarda yerləşən ölkələrin - artan rolu fonunda formalaşan geosiyasi laboratoriyayadır.

Və bu, artıq danılması namümkün gerçəkdir.

ADF artıq sadəcə diplomatik tədbir deyil - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə formalaşan bu platforma yeni Şərqin geosiyasi, habelə geostrateji tribunalarından birinə çevrilməkdədir. Qərbin "absolyut gerçək" üzərindəki inhisarı tədricən sarsıldıqca, Türkiyə və onun regiondakı əsas tərəfdaşları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qətər və Səudiyyə Ərəbistanı - əməkdaşlığın alternativ modellərini irəli sürmək niyyətində olduqlarını nümayiş etdirirlər.

Builki ADF "üçüncü yol" diplomatiyasının hüdudlarını aşaraq Brüssel və Vaşinqtonun bərabərtəcilli, dəyişməz xarici siyasət xəttinə alternativ kimi çıxış edən yeni diplomatik mərkəzlərdən birinə çevrilməkdədir. Bu mənada Azərbaycan bu modeldə ən sabit və etibarlı oyunçulardan biri kimi önə çıxır.

Prezident İlham Əliyevin forumdakı iştirakı təkcə Türkiyə ilə strateji tərəfdaşlığın və türk dünyası ilə inteqrasiyanın davamı deyil. Bu, eyni zamanda Azərbaycanın özünü müstəqil, çoxtərəfli və etibarlı aktor kimi təqdim etmək strategiyasının bariz ifadəsidir.

Ölkəmiz hazırda təkcə Avropa İttifaqının enerji təhlükəsizliyində açar rol oynayan tərəfdaş deyil, həm də Cənubi Qafqaz, Xəzər hövzəsi və hətta Mərkəzi Asiyada mürəkkəb siyasi proseslərə moderasiya edən regional gücdür. Antalya bu dəfə Bakının regional inkişafla yanaşı, daha geniş geoiqtisadi transformasiyaya dair mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdığı tribunaya çevrildi.

Forum çərçivəsində keçiriləcək ən vacib sessiyalardan biri - Cənubi Qafqaz ölkələrinin əməkdaşlığına həsr olunmuş panel - Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla eyni platformada iştirakı postmünaqişə dövründə diplomatik münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Brüssel formatının iflasa uğraması, Fransanın destruktiv təzyiqləri və ABŞ-ın regiondakı fəallığının artması fonunda Antalya bu dialoqun davam etdirilməsi üçün qeyri-rəsmi də olsa, əhəmiyyətli imkan yaradır.

Azərbaycan diplomatiyası bu kontekstdə yetkinlik və məsuliyyət nümayiş etdirir: qarşıdurma ritorikasından uzaq, praqmatik yanaşma, regional inkişaf, infrastruktur inteqrasiyası və Zəngəzur dəhlizinin icrası əsas prioritet kimi irəli sürülür. Bakı tam konkret və aydın şəkildə bəyan edir ki, davamlı sülh yalnız beynəlxalq hüququn əsasları, ərazi bütövlüyünə hörmət və revanşizmdən tam imtina əsasında mümkündür.

ADF həmçinin, Azərbaycanın qlobal gündəlikdə üç əsas istiqamət üzrə - enerji təhlükəsizliyi, iqlim davamlılığı və nəqliyyat transformasiyası üzrə irəli sürdüyü prioritetlərin təqdim olunduğu meydan olacaq. Bu yanaşma ölkəmizin Avrasiya məkanında dayanıqlı inkişaf üçün mərkəzə çevrilməsi strategiyasına tam uyğundur.

Çünki energetika baxımından Azərbaycan bir daha təsdiqlədi ki, Avropanın enerji sabitliyinin əsas təminatçılarındandır. 2022-2023-cü illərdə yaşanan qlobal enerji böhranından sonra Bakının, Rusiyanı dolanaraq qaz tədarük edən alternativ mənbə kimi əhəmiyyəti bir neçə dəfə artıb.

İqlim gündəliyində Azərbaycan Antalyanı beynəlxalq tərəfdaşlarla iqlim diplomatiyasını gücləndirmək üçün bir platforma kimi istifadə edir. Burada əsas məqsəd təkcə iqlim siyasətini müzakirə etmək deyil, həm də bu sahənin siyasiləşdirilməsinin qarşısını almaq və Qərb mediasında Azərbaycan əleyhinə aparılan kampaniyalara qarşı strateji cavab verməkdir.

Nəqliyyat məsələsində isə diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TITR) yönəlib. Çin, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut yeni geoiqtisadi reallıqlar fonunda Antalyada siyasi dəstək və impuls qazanıb.

Forum həm də informasiya müharibələrinin qızğın getdiyi bir dövrdə narrativlərin toqquşduğu meydan oldu. Azərbaycan burada incə və dəqiq mövqe tutur: emosional bəyanatlar əvəzinə, strateji dil, inkişaf, davamlılıq, tərəfdaşlıq və praqmatizm. Bu yanaşma xüsusilə Qarabağ Zəfərindən sonra Azərbaycan əleyhinə aparılan informasiya hücumları fonunda vacibdir.

Antalya bir sıra beynəlxalq platformaların - istər AŞPA, Avropa Parlamenti, istərsə də Qərb mediasının - obyektivlik və neytrallıq meyarlarını itirdiyi bir vaxtda, Azərbaycanın öz arqumentlərini dünya ictimaiyyətinə çatdırması üçün mühüm fürsət idi. Bu fürsəti Bakı ağılla, ardıcıl və uzaqgörən şəkildə dəyərləndirdi.

Antalya Forumu həm də Türk-Azərbaycan ittifaqının gücləndirilməsi baxımından mühüm bir məkandır. NATO-nun zəiflədiyi, Aİ-nin dağıdıcı siyasətinin dərinləşdiyi və sanksiyalarla formalaşan yeni dünya düzəninin konturları cızıldığı bir dövrdə Bakı ilə Ankaranın strateji ittifaqı Adriatikdən Çinə qədər uzanan coğrafiyada sabitlik və əməkdaşlıq üçün əsas sütunlardan birinə çevrilir.

TANAP layihəsindən tutmuş Zəngəzur dəhlizinə və yeni rəqəmsal təşəbbüslərə qədər ortaq layihələr artıq regionda nizamı formalaşdıran dayaqlardır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda xarici siyasətin koordinasiyası isə Brüsselin neokolonial ritorikasından tam azad olan alternativ beynəlxalq əməkdaşlıq modelinin qurulmasına imkan verir.

Dünya post-Qərb diplomatiyası dövrünə daxil olub. Yeni formalaşn dünya düzənində Azərbaycan kənardan müşahidə edən deyil, aktiv şəkildə bu sistemin memarlarından biridir. Azərbaycanın yürütdüyü siyasət reaksiyaya deyil, iradəyə əsaslanaraq müstəqillik, praqmatizm, balans və inkişaf məqamlarını aprior qaydada üstün tutur.

Qlobal dəyişikliklər, artan rəqabət və köhnə beynəlxalq nizamın dağılması fonunda Bakı bir daha sübut edir ki, ölçüsünə görə kiçik, amma geosiyasi çəkisinə görə böyük olmaq mümkündür. Antalya Forumu isə bunun daha bir əməli və əyani sübutuna çevrildi.

Onu da unutmayaq ki, Cənubi Qafqazda xarici patronaj və vasitəçiliyin dövrünün başa çatmasına çox qalmayıb. Rəsmi Bakı göstərir ki, region özü qərar qəbul etməyə qadirdir - vasitəçilərsiz, mentorluq iddiaları olmadan və Qərb təzyiqinə boyun əymədən.

Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş paneldə əsas mesaj, fikrimizcə, belə olacaq: inteqrasiya yalnız suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması və etnosiyasi mifoloemlərdəe imtina əsasında mümkündür.

Cənubi Qafqazın gələcəyi elə bölgə sakinlərinin öz əllərindədir.

Bu yanaşma Fransa, ABŞ və bəzi avro-bürokratların regionu idarəolunan qeyri-sabitlik şəraitində saxlamaq cəhdlərinə ziddir. Bakı isə bunun əksini müdafiə edir: xarici diqtəsiz regional liderlik.

Azərbaycanın xarici siyasət fəlsəfəsi olduqca aydındır. Məzkur fəlsəfə köhnə dünya düzəni dağılarkən yaranan yeni sistemə cavab verən dəyərlərə əsaslanır:

Balans prinsipi: Azərbaycan heç bir blok və ya geosiyasi oxla tam bağlı deyil. Bakı həm Avropa İttifaqı və ABŞ ilə, həm də Rusiya, Çin, İslam və Türk dünyası ilə paralel və açıq dialoq aparır.

Suverenlik prinsipi: Xarici siyasətdə bütün qərarlar Azərbaycanın milli maraqlarına əsaslanır, kənardan təqdim edilən şablon modellərə yox.

İnkişaf prinsipi: Azərbaycan təkcə siyasi aktor deyil, həm də sərmayə, texnologiya və innovasiyalar üçün cazibə mərkəzidir.

Ədalət prinsipi: İnformasiya müharibələrində Bakı təbliğata deyil, fakta, hüquqa və əsaslı arqumentlərə söykənir.

Bu yeni diplomatiya modeli artıq Paris, Brüssel və Berlinin kabinetlərində deyil, Bakı, Ankara, Astana, Doha və Cakartada formalaşır. Antalya Forumu 2025 bunu qəti şəkildə nümayiş etdirdi: dünya artıq Paris-Berlin-Vaşinqton oxu ətrafında fırlanmır.

Antalya Forumu Azərbaycan üçün sadəcə beynəlxalq tribuna yox, həm də yeni qlobal reallığın proyeksiyasıdır. Yeni dünyada Azərbaycan öz yerini aktiv, müstəqil və hörmətəlayiq oyunçu kimi tutacaq. Forumda iştirak Bakının siyasi yetkinliyini, məsuliyyət hissini və strateji düşüncə qabiliyyətini ifadə edən manifestə çevrilib.

Dünya siyasətində xaosun artdığı bir dövrdə Azərbaycan göstərir ki, müstəqil, hörmətli, etibarlı olmaq mümkündür. Bütün bunları ləyaqəti, kimliyi, tarixi yaddaşı itirmədən reallaşdırmağın mümkünlüyünü də nümayiş edirik.

Elçin Alıoğlu Trend

Qayınana, qayınata və baldız birləşib gəlini döydü  50 manat cərimələndilər like
  • 11 Apr 13:53  
Digərləri Qayınana, qayınata və baldız birləşib gəlini döydü 50 manat cərimələndilər

Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cə

arrow Ətraflı
Bu şəxslərin hərbi xidmətdə olması üçün son yaş həddi müəyyən edilməyəcək like
  • 11 Apr 13:50  
Digərləri Bu şəxslərin hərbi xidmətdə olması üçün son yaş həddi müəyyən edilməyəcək

Həqiqi hərbi xidmətdə olmağın son yaşı həddi müəyyən edilməyən ş�

arrow Ətraflı
Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq like
  • 11 Apr 13:46  
Digərləri Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq

Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdı

arrow Ətraflı
Siyəzəndə rus dili müəlliməsi vəfat etdi like
  • 11 Apr 13:43  
Digərləri Siyəzəndə rus dili müəlliməsi vəfat etdi

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəlliməsi Humay Nə

arrow Ətraflı
Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimə olunacaq like
  • 11 Apr 13:25  
Digərləri Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimə olunacaq

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getm

arrow Ətraflı
Dəmir yolunu müəyyən edilmiş yerlərdən kənar keçənlər cərimələnəcək like
  • 11 Apr 13:21  
Digərləri Dəmir yolunu müəyyən edilmiş yerlərdən kənar keçənlər cərimələnəcək

Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən

arrow Ətraflı
Pulu maqnit kimi çəkən BÜRCLƏR  Kimlər pulun yolunu yaxşı bilir? like
  • 11 Apr 13:16  
Digərləri Pulu maqnit kimi çəkən BÜRCLƏR Kimlər pulun yolunu yaxşı bilir?

Bəzi insanlar var ki, sanki pul onlara tərəf özü gəlir. İş qururlar - u�

arrow Ətraflı
Çin ABŞ mallarına rüsum dərəcəsini yenidən qaldırdı like
  • 11 Apr 13:15  
Dünya Çin ABŞ mallarına rüsum dərəcəsini yenidən qaldırdı

ABŞ-ın Çindən başqa ölkələrə tətbiq edəcəyi əlavə rüsumlar hələ

arrow Ətraflı
Kursant hərbi rütbəsi əsgər hərbi rütbəsinə bərabər tutulacaq like
  • 11 Apr 13:03  
Digərləri Kursant hərbi rütbəsi əsgər hərbi rütbəsinə bərabər tutulacaq

Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulaca

arrow Ətraflı
Kursantlar bu vəzifələri daşıyacaqlar like
  • 11 Apr 12:58  
Digərləri Kursantlar bu vəzifələri daşıyacaqlar

Qanunvericilikdə kursantların vəzifələri müəyyənləşdirilir.

arrow Ətraflı
AğbəndKəlalə avtomobil körpüsünün tikintisi nə vaxt tamamlanır? like
  • 11 Apr 12:51  
Digərləri AğbəndKəlalə avtomobil körpüsünün tikintisi nə vaxt tamamlanır?

Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin

arrow Ətraflı
Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək like
  • 11 Apr 12:46  
Digərləri Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək

Reklam haqqında qanunvericiliyin pozulmasına görə cərimələr genişləndir

arrow Ətraflı
Bakıda 16 dərəcə isti, rayonlarda 5 dərəcə şaxta olacaq like
  • 11 Apr 12:43  
Digərləri Bakıda 16 dərəcə isti, rayonlarda 5 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi like
  • 11 Apr 12:41  
Digərləri Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiy

arrow Ətraflı
Həmin sənədi alarkən rüsum tələb edilməyəcək like
  • 11 Apr 12:38  
Digərləri Həmin sənədi alarkən rüsum tələb edilməyəcək

Daxili karantin sertifikatının verilməsinə görə dövlət rüsumu tutulmaya

arrow Ətraflı