Mətbuat Şurasından XƏBƏRDARLIQ: Rezonanslı hadisələrdə uşaqlardan müsahibə qadağandır


Digərləri 06 Fev 2026 15:08:00 63 0

Mətbuat Şurasından XƏBƏRDARLIQ: Rezonanslı hadisələrdə uşaqlardan müsahibə qadağandır

"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir".

Son.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı çağırışda qeyd olunub.

Bildirilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir: "Belə ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, "jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir".

Həmin bənddə o da bildirilir ki, "daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır". Təəssüf ki, "İdrak" liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi".

Çağırışda həmçinin qeyd olunub ki, media mənsublarının "İdrak" liseyi şagirdindən aldıqları müsahibə, həmçinin müsahibə zamanı yol verdikləri davranış "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın "Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması" adlı 5-ci prinsipində əksini tapmış "ictimai əhəmiyyət" anlayışı "ictimaiyyət üçün maraqlı" olan informasiya ilə qarışdırılmamalıdır" tələbinin də pozulmasıdır: "Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.

Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır".

Pakistanda məsciddə güclü partlayış  15 ölü, 80 yaralı like
  • 06 Fev 15:03  
Dünya Pakistanda məsciddə güclü partlayış 15 ölü, 80 yaralı

Pakistanın paytaxtı İslamabad şəhərindəki məsciddə güclü partlayış

arrow Ətraflı
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir? like
  • 06 Fev 14:49  
Digərləri Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?

Qarlı və buzlu hava şəraiti bir çox hallarda yol-nəqliyyat hadisələrinin

arrow Ətraflı
"Heç nə. Bir az uşaqlarda narahatlıq olub"  Liseyin direktorundan qəribə AÇIQLAMA like
  • 06 Fev 14:44  
Digərləri "Heç nə. Bir az uşaqlarda narahatlıq olub" Liseyin direktorundan qəribə AÇIQLAMA

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak&qu

arrow Ətraflı
10 konsert, yarım milyard gəlir  Tarkanın qazancı gündəm oldu like
  • 06 Fev 14:34  
Şou-biznes 10 konsert, yarım milyard gəlir Tarkanın qazancı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Tarkanın İstanbulda verdiyi 10 konsertlik s

arrow Ətraflı
Brilliant Dadaşovaya qarşı oğurluq edildi like
  • 06 Fev 14:27  
Şou-biznes Brilliant Dadaşovaya qarşı oğurluq edildi

Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu "Ayrı düşdük&quo

arrow Ətraflı
Sürücülərə XƏBƏRDARLIQ: 100 manat CƏRİMƏ OLUNACAQSIZ like
  • 06 Fev 14:22  
Digərləri Sürücülərə XƏBƏRDARLIQ: 100 manat CƏRİMƏ OLUNACAQSIZ

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin da�

arrow Ətraflı
Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü like
  • 06 Fev 14:20  
Şou-biznes Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü

Məclisdə Röyanı görən Elgizin reaksiyası izləyiciləri güldürüb.

arrow Ətraflı
İcra Hakimiyyətində struktur islahatları: Məsul şəxslər vəzifəsini itirdi like
  • 06 Fev 14:07  
Digərləri İcra Hakimiyyətində struktur islahatları: Məsul şəxslər vəzifəsini itirdi

Ağdaş Rayon İcra Hakimiyyətində struktur islahatları və yeni kadr təyina

arrow Ətraflı
Qara Qarayevin əbədi yaşar xatirəsinə həsr olunmuş konsert proqramı keçirildi like
  • 06 Fev 13:50  
Digərləri Qara Qarayevin əbədi yaşar xatirəsinə həsr olunmuş konsert proqramı keçirildi

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Qara Qarayevin əbədi yaşar xatirəs

arrow Ətraflı
"İdrak"da bu məşhurların övladları da təhsil alıblar: like
  • 06 Fev 13:45  
Şou-biznes "İdrak"da bu məşhurların övladları da təhsil alıblar:

Bu gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş

arrow Ətraflı
Türkiyədə iki MOSSAD üzvü həbs edildi like
  • 06 Fev 13:28  
Digərləri Türkiyədə iki MOSSAD üzvü həbs edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mo

arrow Ətraflı
Həmin liseydə Əməkdar artistin övladı da olub like
  • 06 Fev 13:25  
Şou-biznes Həmin liseydə Əməkdar artistin övladı da olub

Bakıda İdrak liseyində baş verən insident zamanı Əməkdar artist Aqşin A

arrow Ətraflı
Əhaliyə 19,7 milyon manat ƏDV ödənildi like
  • 06 Fev 13:15  
Digərləri Əhaliyə 19,7 milyon manat ƏDV ödənildi

"ƏDV geri al" layihəsi çərçivəsində 19,7 milyon manata yaxın v

arrow Ətraflı