Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Digərləri 06 Fev 2026 14:49:00 75 0
Qarlı və buzlu hava şəraiti bir çox hallarda yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Lakin bəzi sürücülər belə vəziyyətlərdə baş verən qəzalar zamanı məsuliyyətdən yayınmağa çalışır və hava şəraitini əsas gətirirlər.
Bəs, bu halda dəymiş zərər kim tərəfindən ödənir?
Mələsə ilə bağlı Son.az-a açıqlama verən sığorta məsələləri üzrə ekspert Vüsal Kərimov bildirib ki, ilin hansı fəsli olmasından və hava şəraitindən asılı olmayaraq, yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərər zərərvuran şəxs tərəfindən qarşılanmalıdır.
Ekspertin sözlərinə görə, qarlı və ya buzlu yol şəraiti hadisəyə görə məsuliyyəti aradan qaldırmır. Əgər qəzanı törədən avtomobil icbari sığorta ilə sığortalanıbsa, bu zaman qarşı tərəfə dəymiş zərər Mülki Məcəllənin 926-cı maddəsinə və "İcbari sığorta haqqında" Qanunun 13-cü maddəsinə əsasən, təqsirkar sürücünün avtomobilini sığortalayan sığorta şirkəti tərəfindən ödənilir.
V.Kərimov qeyd edib ki, təqsirkar şəxsin idarə etdiyi avtomobilə dəymiş zərər isə yalnız həmin nəqliyyat vasitəsi könüllü sığorta ilə sığortalanıbsa, müvafiq sığorta şirkəti tərəfindən qarşılanır:
"Avtomobil könüllü sığorta ilə təmin edilməyibsə, bu halda dəymiş zərəri təqsirkar sürücü özü ödəməli olur".
Mina Mikayılova Son.az
Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak&qu
Türkiyənin məşhur müğənnisi Tarkanın İstanbulda verdiyi 10 konsertlik s
Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu "Ayrı düşdük&quo
İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin da�
Məclisdə Röyanı görən Elgizin reaksiyası izləyiciləri güldürüb.
Ağdaş Rayon İcra Hakimiyyətində struktur islahatları və yeni kadr təyina
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Qara Qarayevin əbədi yaşar xatirəs
Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Şəhəri Mədəniyyət Baş İ
Bu gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin &quo
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mo
Bakıda İdrak liseyində baş verən insident zamanı Əməkdar artist Aqşin A
"ƏDV geri al" layihəsi çərçivəsində 19,7 milyon manata yaxın v
Süni mayalanma qalmaqalı: ailəyə başqa...
ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbək
