Maaşımızdan tutulan pullar hara və necə gedir? AÇIQLANDI


Digərləri 06 Fev 2026 10:16:00 85 0

Maaşımızdan tutulan pullar hara və necə gedir?  AÇIQLANDI

2026-cı ildən etibarən Azərbaycanda əməkhaqqı hesablamaları yenidən gündəmə gəlib. Qeyri-neft-qaz sektorunda tətbiq edilən müddətli gəlir vergisi güzəştlərinin başa çatması maaşlardan tutulan məbləğlərə diqqəti artırıb.

Bu fonda həm dövlət, həm də özəl sektorda çalışanların maaşından hansı tutulmaların aparıldığı və işçinin əlində faktiki olaraq nə qədər vəsaitin qaldığı cəmiyyətdə əsas müzakirə mövzularından birinə çevrilib.

Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda muzdla çalışan işçilərin əməkhaqqından bir neçə növ tutulma aparılır. Bunlara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın xatırladıb ki, yuxarıda sadalanan gəlir vergisi dövlət büdcəsinə ödənilir, sosial sığorta haqları işçinin pensiya kapitalının formalaşmasına və sosial təminat hüquqlarının yaranmasına xidmət edir. Digər tutulmalar isə işsizlik və səhiyyə sahəsində dövlət təminatının maliyyələşdirilməsi məqsədi daşıyır.

Ekspert məsələnin daha aydın anlaşılması üçün dövlət sektorunda çalışan bir işçinin maaşı üzərindən hesablamaya diqqət çəkib:

"Tutaq ki, Əhməd adlı vətəndaş dövlət sektorunda çalışır və aylıq əməkhaqqı 1 200 manatdır. Vergi Məcəlləsinə uyğun olaraq onun maaşının 200 manatlıq hissəsi gəlir vergisindən azad olunur. Bu halda vergiyə cəlb olunan məbləğ 1000 manat təşkil edir.

Vergiyə cəlb olunan 1000 manatın 14 faizi 140 manat edir. Bundan əlavə, maaşdan 3 faiz məcburi dövlət sosial sığorta haqqı (36 manat), işsizlikdən sığorta üçün 0,5 faiz (6 manat) və icbari tibbi sığorta üçün 2 faiz (24 manat) tutulur. Nəticədə Əhmədin maaşından ümumilikdə 206 manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı 994 manat olur.

Aylıq əməkhaqqı - 1 200 manat; Vergiyə cəlb olunan məbləğ - (1200 - 200) × 14 % = 140; DSMF ayırmaları - 1 200 × 3 % = 36; İşsizlikdən sığorta haqqı - 1 200 × 0.5 % = 6; İcbari tibbi sığorta haqqı - 1 200 × 2 % = 24;

İşçiyə çatacaq əməkhaqqı - 1 200 - (140 + 36 + 6 + 24) = 994 manat".

İqtisadçı daha sonra qeyri-neft-qaz sahəsində özəl sektorda çalışan işçinin maaşı üçün hesablama aparıb:

"Məsələn, İbrahim adlı vətəndaş özəl sektorda çalışır və onun aylıq əməkhaqqı 950 manatdır. 2026-cı ildən etibarən bu kateqoriyaya aid aylıq gəlirlərə 3 faiz gəlir vergisi tətbiq edilir. Bu səbəbdən İbrahimin vergiyə cəlb olunan gəliri 750 manat təşkil edir və bunun 3 faizi 22,5 manatdır.

Özəl sektorda məcburi dövlət sosial sığorta haqqı fərqli qaydada hesablanır. Maaşın ilk 200 manatı üçün 3 faiz (6 manat), qalan 750 manatı üçün isə 10 faiz (75 manat) tutulur. Beləliklə, ümumi sosial sığorta haqqı 81 manat təşkil edir. Bundan əlavə, işsizlikdən sığorta üçün maaşın 0,5 faizi (4,75 manat) və icbari tibbi sığorta üçün 2 faizi (19 manat) tutulur. Nəticədə İbrahimin maaşından ümumilikdə 127,25 manat çıxılır və onun əlində qalan xalis əməkhaqqı 822,75 manat olur.

Aylıq əməkhaqqı - 950 manat; Vergiyə cəlb olunan məbləğ - (950 - 200) × 3 %= 22.5; DSMF ayırmaları - (200 × 3 %) + (750 × 10 %) = 6 + 75 = 81; İşsizlikdən sığorta haqqı - 950 × 0.5 % = 4.75; İcbari tibbi sığorta haqqı - 950 × 2 % = 19;

İşçiyə çatacaq əməkhaqqı - 950 - (22.5 + 81 + 4.75 + 19) = 822.75 manat".

Bakının məşhur klinikaları milyonlarla vergi borcunda  SİYAHI like
  • 06 Fev 10:05  
Digərləri Bakının məşhur klinikaları milyonlarla vergi borcunda SİYAHI

Bakıda məşhur özəl klinikaların dövlətə böyük vergi borcu olduğu üz

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 06 Fev 10:01  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyədə 4.2 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
ABŞ vətəndaşlarına çağırış etdi: "İranı dərhal tərk edin!" like
  • 06 Fev 10:01  
Dünya ABŞ vətəndaşlarına çağırış etdi: "İranı dərhal tərk edin!"

ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci d�

arrow Ətraflı
“Zayed” mükafatı ilə Azərbaycan Cənubi Qafqazda sülh modelini təsdiqlədi like
  • 06 Fev 09:58  
Siyasət “Zayed” mükafatı ilə Azərbaycan Cənubi Qafqazda sülh modelini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı"

arrow Ətraflı
Yas mərasimləri ilə bağlı YENİ QAYDA: Yalnız çay süfrəsi... like
  • 06 Fev 09:52  
Digərləri Yas mərasimləri ilə bağlı YENİ QAYDA: Yalnız çay süfrəsi...

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril

arrow Ətraflı
Əfqanıstanlı özünü qazax kimi təqdim edərək mənzil aldı like
  • 06 Fev 09:49  
Dünya Əfqanıstanlı özünü qazax kimi təqdim edərək mənzil aldı

Əfqanıstan vətəndaşı özünü qazax kimi təqdim edərək kandaşlara (Qa

arrow Ətraflı
Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar like
  • 06 Fev 09:45  
Dünya Öldürülən qadınlar Epşteynin əmri ilə orada basdırılıblar

Ceffri Epşteyn işi ilə bağlı dəhşətli iddialar üzə çıxıb

arrow Ətraflı
"Aşkı Memnu"nun məşhur aktyoru yeni SERİALDA like
  • 06 Fev 09:30  
Şou-biznes "Aşkı Memnu"nun məşhur aktyoru yeni SERİALDA

"Kuruluş Orhan" serialına yeni aktyorlar daxil olacaq.

arrow Ətraflı
Bu ərazilərdə 16:00dək işıq olmayacaq like
  • 06 Fev 09:27  
Digərləri Bu ərazilərdə 16:00dək işıq olmayacaq

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin

arrow Ətraflı
Köməksiz qalan balıqçılar xilas edildi like
  • 06 Fev 09:10  
Digərləri Köməksiz qalan balıqçılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Coli onu iki dəfə məclisinə dəvət edibmiş  Detallar like
  • 06 Fev 08:41  
Şou-biznes Coli onu iki dəfə məclisinə dəvət edibmiş Detallar

Hollivudun tanınmış aktrisası Ancelina Colinin adı ABŞ tarixindəki ən b�

arrow Ətraflı
2026cı ilin ən güclü Android telefonları like
  • 06 Fev 08:08  
Digərləri 2026cı ilin ən güclü Android telefonları

AnTuTu reytinqinə görə, zirvədə 4 milyon xal həddini keçən RedMagic 11 P

arrow Ətraflı
Bruklin atasına həsr etdiyi döyməni dəyişdirdi like
  • 06 Fev 07:07  
Şou-biznes Bruklin atasına həsr etdiyi döyməni dəyişdirdi

Bruklin Bekhem ailə münaqişəsi zəminində atası Devid Bekhemə həsr etdiy

arrow Ətraflı
Südün çürüməsinin qarşısını alan üsullar like
  • 06 Fev 06:06  
Digərləri Südün çürüməsinin qarşısını alan üsullar

Südün və qatığın çürüməsi yemək hazırlayarkən hər kəsin qarşıla

arrow Ətraflı