Yas mərasimləri ilə bağlı YENİ QAYDA: Yalnız çay süfrəsi...
Digərləri 06 Fev 2026 09:52:00 54 0
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?
Bu xəbəri də oxu: Bakının məşhur klinikaları milyonlarla vergi borcunda SİYAHI
Son.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:
Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.
Əfqanıstan vətəndaşı özünü qazax kimi təqdim edərək kandaşlara (Qa
Ceffri Epşteyn işi ilə bağlı dəhşətli iddialar üzə çıxıb
"Kuruluş Orhan" serialına yeni aktyorlar daxil olacaq.
Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Hollivudun tanınmış aktrisası Ancelina Colinin adı ABŞ tarixindəki ən b�
AnTuTu reytinqinə görə, zirvədə 4 milyon xal həddini keçən RedMagic 11 P
Bruklin Bekhem ailə münaqişəsi zəminində atası Devid Bekhemə həsr etdiy
Südün və qatığın çürüməsi yemək hazırlayarkən hər kəsin qarşıla
Samsung artıq Galaxy S21 seriyasına proqram təminatı və müntəzəm təhlü
İstifadə etdiyiniz yastıq sizi kor edə bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda bəzən diqqətdə
Dəridəki xallar bəzi hallarda təhlükəli ola bilər.
Daxili səthində cızıqlar olan keramika stəkanlardan istifadə sağlamlıq
