BMTnin NyuYorkdakı mənzilqərargahında WUF13ə həsr olunmuş tədbirlər keçirilib


Digərləri 03 Fev 2026 19:44:00 83 0

BMTnin NyuYorkdakı mənzilqərargahında WUF13ə həsr olunmuş tədbirlər keçirilib

Bu il mayın 17-22-də "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) bir sıra yüksəksəviyyəli beynəlxalq tədbirlərdə təqdim olunub.

Son.az xəbər verir ki, yanvarın 29-da Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Polşa və Zimbabve respublikaları BMT yanında Daimi nümayəndəliklərinin həmsədrliyi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dayanıqlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyi üzrə Dostlar Qrupunun iclası keçirilib. Tədbir Yeni Şəhərsalma Gündəliyinin icrasının orta müddətli qiymətləndirilməsinə hazırlıq çərçivəsində təşkil olunub və BMT-yə üzv dövlətlərin nümayəndələrinin geniş iştirakı ilə baş tutub.

İclas Dostlar Qrupunun həmsədrlərinin açılış nitqləri ilə başlayıb. Ardınca BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Gündəliyinin icrası üçün əsas fəaliyyət çərçivəsi, öhdəliklər, prioritetlər və hesabatlılıq mexanizmləri barədə təqdimatla çıxış edib. Daha sonra sənədin icrasının qiymətləndirilməsinə dair həmməruzəçilər Malavi və Polşa respublikalarının BMT yanında Daimi nümayəndələri şəhərsalma sahəsində mövcud çağırışlar və qiymətləndirmə hesabatının hazırlanması prosesi ilə bağlı fikirlərini bölüşüblər.

UN-Habitat-ın Dostlar Qrupu dünyanın bütün regionlarını təmsil edən 50 dövlətin üzv olduğu platformadır və əsas məqsədi şəhərlərin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı inkişafını təşviq etmək üçün üzv dövlətlər arasında dialoq və əməkdaşlığı gücləndirməkdir.

İclas çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı təqdimat edilib, forumun mövzusu, əsas tədbirləri və WUF13-ə hazırlıq prosesi haqda məlumat verilib.

Yanvarın 30-da Azərbaycan Respublikasının Hökuməti və UN-Habitat-ın birgə təşkilatçılığı ilə WUF13-ə həsr olunmuş diplomatik brifinq keçirilib. Tədbirdə BMT yanında akkreditə olunmuş 100-dən çox daimi nümayəndəliklərin rəhbərləri, müşahidəçilər və diplomatik korpusun üzvləri iştirak ediblər.

“2 dəfə güclü zəlzələdə həyatımı pişik xilas edib” like
  • 03 Fev 19:25  
Digərləri “2 dəfə güclü zəlzələdə həyatımı pişik xilas edib”

"İki dəfə zəlzələ zamanı həyatımı pişik xilas edib".

arrow Ətraflı
Azərbaycandan keçən taxıl yüklü vaqonlar Ermənistana çatdı like
  • 03 Fev 19:00  
Digərləri Azərbaycandan keçən taxıl yüklü vaqonlar Ermənistana çatdı

Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermə

arrow Ətraflı
Kamil Lətifov yeni vəzifəyə təyin olundu like
  • 03 Fev 18:52  
Digərləri Kamil Lətifov yeni vəzifəyə təyin olundu

BOKT "İnternational" ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

arrow Ətraflı
Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə reaksiya like
  • 03 Fev 18:47  
Şou-biznes Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə reaksiya

Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıd�

arrow Ətraflı
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026cı il üzrə ilk iclası keçirilib like
  • 03 Fev 18:45  
Digərləri Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026cı il üzrə ilk iclası keçirilib

3 fevral tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının

arrow Ətraflı
Dırnaq qayçısındakı kiçik dəlik bunun üçün imiş  FOTO like
  • 03 Fev 18:39  
Digərləri Dırnaq qayçısındakı kiçik dəlik bunun üçün imiş FOTO

İllərdir insanların diqqət yetirmədiyi dırnaq qayçısındakı (dırnaq k�

arrow Ətraflı
Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki... like
  • 03 Fev 17:54  
Digərləri Almaniyada avtoyuma açmaq istəyən azərbaycanlıya elə şərt qoyuldu ki...

Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yay�

arrow Ətraflı
Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI like
  • 03 Fev 17:42  
Digərləri Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI

Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim

arrow Ətraflı
Aysun qardaşının ilk dəfə FOTOları yayımlandı  ona cavabı MÜZAKİRƏ YARATDI like
  • 03 Fev 17:39  
Şou-biznes Aysun qardaşının ilk dəfə FOTOları yayımlandı ona cavabı MÜZAKİRƏ YARATDI

Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyə

arrow Ətraflı
"Vasif Adıgözəlova deyirdilər ki, oğlunun toyunu niyə Səməd aparır?" like
  • 03 Fev 17:24  
Şou-biznes "Vasif Adıgözəlova deyirdilər ki, oğlunun toyunu niyə Səməd aparır?"

Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğən

arrow Ətraflı
Fişinq saytlarına qarşı DİN əməliyyat keçirdi like
  • 03 Fev 17:16  
Digərləri Fişinq saytlarına qarşı DİN əməliyyat keçirdi

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBM�

arrow Ətraflı
Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir? like
  • 03 Fev 17:10  
Digərləri Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir?

Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.

arrow Ətraflı
Azər Zahid "TikTok"a qayıtdı  etirafı ilə diqqət çəkdi like
  • 03 Fev 17:05  
Şou-biznes Azər Zahid "TikTok"a qayıtdı etirafı ilə diqqət çəkdi

Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəb�

arrow Ətraflı