Kamil Lətifov yeni vəzifəyə təyin olundu
Digərləri 03 Fev 2026 18:52:00 86 0
BOKT "İnternational" ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Bu xəbəri də oxu: Vətəndaşlar ən çox nədən şikayətçidirlər? AÇIQLANDI
Son.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Kamil Lətifov Fuad oğlu İdarə Heyətinə üzv seçilib.
K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına "Bank of Baku " ASC-də başlamışdır, 2016-cı ildən "Kapital Bank" ASC-də "şöbə rəisi" kimi çalışmışdır.
2021-ci ildən "Premium Bank" ASC-də Komplayens departamentinin direktoru kimi çalışmağa başlayıb. 2023-cü ilin əvvəlindən fəaliyyətini İdarə Heyətinin üzvü - sədr müavini (Baş risk inzibatçısı), 2024-cü ildə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 2025-ci ilin noyabrında "Premum Bank"dan ayrılıb.
O, Türkiyənin "Boğaziçi" Universitetində MBA dərəcəsinə yiyələnib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistr təhsili alıb. Hazırda "iqtisad elmləri üzrə fəlsəfə doktoru" elmi dərəcəsi üzrə təhsilini davam etdirir.
Kamil Lətifov bir çox beynəlxalq elmi məqalələrin müəllifidir və beynəlxalq sertifikatlara malikdir.
Xatırladaq ki, BOKT "İnternational" ASC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. O həmçinin Müşahidə Şurasının sədri kimi şuranın işini təşkil edir, iclasları çağırır və qəbul edilən qərarları imzalayır. İdarə Heyətinin sədri isə Nicat Həsənov Vaqif oğludur. (Banker.az)
Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıd�
3 fevral tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının
İllərdir insanların diqqət yetirmədiyi dırnaq qayçısındakı (dırnaq k�
"Azərbaycan, Ermənistan və Gürcüstanda bankların əsas maliyyə göst
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yay�
Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim
Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyə
Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğən
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBM�
Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.
Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəb�
2025-ci ildə Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərind�
2020-2025-ci illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vət�
