Azərbaycanda güclü vulkan püskürdü
Digərləri 03 Fev 2026 14:00:00 75 0
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib.
Bu xəbəri də oxu: Azərbaycanda bu deputatlara yeni vəzifə verildi
Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.
Son.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Hadisə yerində püskürmənin miqyasını qiymətləndirmək məqsədilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin əməkdaşları - baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev tədqiqatlar aparıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən olunub ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.
Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 kubmetr həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.
Bu hadisə Durandağ vulkanının 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.
Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxarılan süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları aparılır.
Son.az
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tə
Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric
Müğənni Qumral həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı açıqlamalar
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxl
Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general, Milli Qəhrəman Pol
Külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəy
Xəbər verdiyimiz kimi, 2024-cü ildə ana olan aparıcı Çinarə Əliyeva do�
Narkotik istintaqı çərçivəsində daha bir neçə məşhur saxlanılıb.
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabd
Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri da�
Rusiyalı teatr və kino aktyoru Nikolay Tkaçenko Ukraynada aparılan hərbi �
Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsu
Sabunuçu rayonu Ə.Bağırov küçəsində qanunsuz tikinti aparılır.
Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev Gənc
