İlk dəfə eşidənlər üçün: Epşteyn kimdir?
Dünya 03 Fev 2026 11:10:00 82 0
Yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və insan alveri şəbəkəsi qurmaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteynlə bağlı yayımlanan yeni sənədlər qalmaqalı yenidən qlobal gündəmin mərkəzinə gətirib. Sənədlərdə tanınmış ictimai xadimlərin, siyasətçilərin və biznes dairələrindən şəxslərin adlarının hallanması mübahisələri daha da dərinləşdirib.
Bu xəbəri də oxu: Pezeşkiandan ABŞ ilə bağlı mühüm GÖSTƏRİŞ
Artıq Epteyn işi təkcə fərdi cinayət hadisəsi kimi deyil, güc, cəzasızlıq və şəffaflıq problemlərinin simvolu kimi qiymətləndirilir. ABŞ və beynəlxalq mediada bu qalmaqal uzun illərdir müzakirə mövzusu olaraq qalır.
Son.az sizə Epşteyn işi ilə bağlı vacib məqamları təqdim edir:
Ceffri Epşteyn kimdir?
Ceffri Epşteyn 20 yanvar 1953-cü ildə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində anadan olub. Atası şəhər parklar departamentində bağban, anası isə evdar qadın idi. Epşteyn karyerasına 1970-ci illərdə Manhettendə yerləşən elit Dalton Məktəbində fizika və riyaziyyat müəllimi kimi başlayıb. Burada oxuyan şagirdlərin əksəriyyəti ABŞ-ın ən varlı ailələrinin övladları idi.
Məhz bu dövrdə əldə etdiyi əlaqələr onun həyatında dönüş nöqtəsi oldu. Müəllimlikdən ayrıldıqdan sonra maliyyə sektoruna keçən Epşteyn bir müddət "Bear Stearns" şirkətində çalışdı, daha sonra isə öz biznesini qurdu.
1988-ci ildə "J. Epstein & Company" adlı konsaltinq şirkətini yaradan Epşteyn yalnız çox yüksək sərvətə malik şəxslərə maliyyə idarəetmə xidmətləri göstərirdi. Qısa müddətdə böyük sərvət toplayan Epşteyn eyni zamanda siyasətçilər, kral ailələrinin üzvləri, məşhurlar və iri biznes nümayəndələri ilə yaxın münasibətləri ilə tanınmağa başladı.
Epşteyn işi necə ortaya çıxdı?
Epşteynlə bağlı ilk ciddi ittihamlar 2000-ci illərin əvvəllərində ortaya çıxdı. 2008-ci ildə Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamları ilə üzləşən Epşteyn mübahisəli razılaşma nəticəsində yüngül cəza alaraq azadlıqda qaldı. Bu qərar illər sonra ABŞ hüquq sistemində ciddi tənqidlərə səbəb oldu.
2019-cu ildə isə Epşteyn federal səviyyədə yenidən həbs edildi. İddialara görə, o, illər ərzində qurduğu şəbəkə vasitəsilə azyaşlı qızları cəlb edir, onları varlı və nüfuzlu şəxslərlə əlaqələndirirdi. Bu istismarın əsas mərkəzlərindən birinin Epşteynin Karib dənizində yerləşən şəxsi adası - Little Saint James olduğu bildirilirdi. Ada ictimaiyyətdə sonradan "istismar adası" kimi tanındı.
Şəxsi ada, "Lolita Express" və şəbəkə iddiaları
İstintaq materiallarında Epşteynin "Lolita Express" adlanan şəxsi təyyarəsindən də geniş bəhs olunur. Şahid ifadələrinə görə, bu təyyarə vasitəsilə qızlar və qonaqlar müxtəlif ölkələrdən Epşteynin adasına daşınıb.
Bakıda baş tutan toy mərasimlərindən birində qeyri-adi və maraq doğuran
"Cahan Holding"ə məxsus "ENNA" içki zavodu Dubayda keçir
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-D
"Avro-Asiya İnşaat Kooperasiyası "Evrascon" Açıq Səhmdar C�
Azərbaycanda fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə rüsumsuz
Bina köhnə, pilləkənlər yarasız... Hətta, cənazə aparılarkən pilləka
İllər əvvəl ATV-də yayımlanan və müğənnilər arasında amansız rəqab
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi ərazilərində
Sürücülər piyada keçidi üzrə və ya piyadaların hərəkətinə icazə ve
ABŞ prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gələndə, sadəcə f�
Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş
