DSXdə yeni təyinat: Vüsal Sultanov diviziya komandiri oldu
Digərləri 02 Fev 2026 17:37:00 62 0
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib.
Bu xəbəri də oxu: Fuad Məmmədov bu rayona prokuror təyin edildi
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.
O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.
O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bu, Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.
Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.
2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.
İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Bundan başqa, müxtəlif vaxtlarda "Hərbi xidmətlərə görə", "İgidliyə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Xalq artisti Məleykə Əsədova sosial şəbəkə paylaşımı ilə diqqət ç�
Gəncədə kanalizasiya xətti partlayıb.
Müğənni Arzu Mələk canlı efirdə verdiyi sərt açıqlamalarla gündəmə
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun
Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni c
Türk kinosunun unudulmaz adlarından biri olan Necdet Kökeş 82 yaşında vəf
Aparıcı Nigar Fərhad "Sualdan qaçma!" adlı YouTube layihəsində
Azərbaycan Milli İncəsənət Muzeyində Gürcüstan Milli Muzeyinin baş kura
Müğənni Aysun İsmayılovanın doğma atası ilə bağlı üzücü xəbər ya
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləş
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Sazın səsi, s
Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik
Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda geniş müzakirə
