Generala ərə gedən qız digər generalın bacısı qızıdır
Digərləri 02 Fev 2026 15:27:00 79 0
Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik xanımla ailə qurub. Məlumata görə, general-mayorun ailə həyatı qurduğu şəxs 33 yaşlı Həcər Mirzəyevadır.
Bu xəbəri də oxu: Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin
Son.az Qaynarinfo-ya istinadla xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə Həcər Mirzəyevanın da tanınmış hərbi-siyasi ailəyə mənsub olmasıdır. Belə ki, o, gömrük general-mayoru Ehtiram Xəlilovun bacısı qızıdır.
Həcər Mirzəyeva hazırda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilat xətti üzrə məsul vəzifədə çalışır. O, Agentlikdə YAP Binəqədi ərazi təşkilatının sədr müavini vəzifəsini icra edir.
Təhsilinə gəlincə, Həcər Mirzəyeva Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Daha sonra Finans və Kredit ixtisası üzrə magistratura təhsilini başa vurub.
Siyasi fəaliyyətə isə erkən yaşlardan qoşulub. O, 2009-cu ildən Yeni Azərbaycan Partiyasının könüllü üzvü olub. 2021-ci ildən etibarən isə Milli Aerokosmik Agentlikdə YAP-ın Binəqədi ərazi təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.
İş fəaliyyəti dövründə Həcər Mirzəyeva bir sıra mükafatlara layiq görülüb. O, "Peşə medalı" ilə təltif edilib, həmçinin Binəqədi rayon YAP təşkilatı üzrə "İlin ən fəal gənci" nominasiyası üzrə Fəxri Fərman alıb.
Qeyd edək ki, general-mayor Nazim Əliyevin bu evliliyi həm yaş fərqi, həm də ailələrin yüksək vəzifəli şəxslərlə bağlılığı səbəbindən cəmiyyətin diqqət mərkəzindədir.
Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda geniş müzakirə
Kamera və Orqan Musiqisi Zalında Bakı Dövlət Kamera Orkestrinin müşayiət
Son.az xəbər verir ki, qəzada Bakı Dövlət Universitetinin (BDU) tələbəs
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bir çox evdar xanım qiyməni tavaya tökən kimi onun dərhal su salmasından
"Tamaşaçı alqışı il biz yetişdik, sənətkar olduq. Bir çoxumuzun a
Taylandda bir balıqçı dəniz kənarında gəzərkən tapdığı qəribə madd
Çin 123 kilometr uzunluğunda olacaq və dənizin altından keçən dünyanın
Ramazan ayına sayılı günlər qalıb. Bu ay boyunca şadlıq saraylarında to
"Gül kimi xidmət edirdim də... Hər şeyi darmadağın etdilər".
Son.az bu günün qoroskopunu təqdim edir.
Əmisi tərəfindən baltalanan 14 yaşlı Nağıyeva Həqiqətin görüntüsü
Nizami rayonu Keşlə qəsəbəsində "Azəriqaz"ın əməkdaşı M.M�
