Avtomobili duracağa aparılan sürücülərə MÜHÜM XƏBƏR
Digərləri 19 Yan 2026 11:09:00 71 0
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Bu xəbəri də oxu: Hər kəs zibil deyib atır, amma sərvət qazandırır: Xarici ölkələr növbəyə düzülüb alır
Son.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.
"Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu
Füzuli icra başçısının müavinin əri sərxoş halda dini dəyərləri aş
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetm�
Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçı
Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya edilmiş nəc
Opera ifaçısı Taleh Yahyayev "Öz aramızda" verilişində qalmaqal
I Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
Disney animasiyasının qızıl dövründə mühüm rol oynamış rejissor və h
Baş rollarında Seda Bakan və Uğur Güneşin yer aldığı serialın yayım q
