"Nvidia"nın rəhbəri: Tanrı səviyyəsində süni intellekt mümkün deyil
Digərləri 17 Yan 2026 17:30:00 55 0
"Nvidia"nın baş icraçı direktoru Censen Huan inkişaf etmiş süni intellekt (Al) ətrafında gedən müzakirələrə toxunaraq, ictimaiyyətdə zaman-zaman səsləndirilən "tanrı səviyyəsində süni intellekt" ideyasının mövcud texnologiyalarla mümkün olmadığını deyib.
Bu xəbəri də oxu: Avtomobil bazarında qiymət artımı Hansı maşınlar BAHALAŞIB?
Son.az xəbər verir ki, Huanın fikrincə, bu gün heç bir tədqiqatçı insan dilini, molekulyar strukturları, zülal ardıcıllıqlarını və ya fizikanı tam şəkildə anlayan, bütün sahələrdə mükəmməl səriştəyə malik bir süni intellekt sistemi yarada biləcək vəziyyətdə deyil. Belə bir sistemin mövcud texnologiyadan xeyli uzaqda olduğunu vurğulayan Huan yaxın gələcəkdə ortaya çıxacağına dair iddiaları da real hesab etmədiyini bildirib.
Şişirdilmiş süni intellekt qorxusu sektora ziyan vurur
Censen Huan xüsusilə sosial mediada və bəzi şərhçilər arasında yayılan "qiyamət ssenariləri"ni tənqid edib. Süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə olduğu yönündəki fikirlərin həm texnologiya sektoruna, həm də cəmiyyətə ciddi zərər verdiyini qeyd edib.
"Heç bir tədqiqatçının tanrı səviyyəsində süni intellekt yarada biləcək məntiqli bir potensialı yoxdur. Belə bir süni intellekt artıq mövcud deyil", deyə Huan bildirib.
Onun sözlərinə görə, süni intellekti elmi-fantastik narrativlərlə əlaqələndirmək hökumətlərin, işçilərin və şirkətlərin real problemlərə həll tapmasına töhfə vermir.
Diqqət mərkəzi: Praktik və faydalı tətbiqlər
"Nvidia" rəhbərinə görə, əsas diqqət süni intellektin konkret və faydalı istifadə sahələrinə yönəlməlidir. Huan bildirib ki, AI insan məhsuldarlığını artıran bir vasitə kimi dəyərləndirilməli, qorxu əsaslı yanaşmalar əvəzinə real gözləntilər formalaşdırılmalıdır.
Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının h
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əs
"Taxt-tac oyunları" teleserialının əsaslandığı "Buz və od
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Za
Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b�
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilm
Son günlər mediada və sosial şəbəkələrdə zəlzələ "ekspertlərin
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr
Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
Hazırlanacaq texnologiya çiplərin birbaşa baş beyninə implantasiya olunmas
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qayd
Lüks moda brendi "Hermes" müştərilərinin məşhur Birkin çantas�
