Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim soyuq olur?
Digərləri 17 Yan 2026 02:02:00 55 0
Əllərin və ayaqların tez-tez soyuq olması bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Bu xəbəri də oxu: Mübariz Kələşov vəfat etdi
Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hal xüsusilə qan dövranı və maddələr mübadiləsi ilə bağlı xəstəliklər zamanı müşahidə olunur.
Həkimlərin sözlərinə görə, qan azlığı (anemiya) əllər və ayaqlarda soyuqluq hissinin ən yayğın səbəblərindən biridir. Qanda hemoglobinin azalması toxumalara oksigen daşınmasını zəiflədir və nəticədə soyuqluq yaranır.
Qalxanabənzər vəzin zəif fəaliyyəti (hipotireoz) də bədənin istilik istehsalını azaldaraq əllərin və ayaqların daim donmasına səbəb ola bilər. Bu zaman halsızlıq, çəki artımı və dəri quruluğu da müşahidə olunur.
Mütəxəssislər həmçinin qan dövranı pozğunluqları, xüsusilə damarların daralması ilə xarakterizə olunan Raynaud sindromu zamanı əllər və ayaqlarda kəskin soyuqluq və rəng dəyişikliklərinin yarandığını bildirirlər.
Bundan əlavə, şəkərli diabet, aşağı arterial təzyiq, B12 vitamini çatışmazlığı, eləcə də sinir sistemi xəstəlikləri bu problemin yaranmasına səbəb ola bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, əllər və ayaqlarda davamlı soyuqluq hissi uzun müddət davam edərsə və digər əlamətlərlə müşayiət olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Fidan Son.az
Tufts Universitetinin alimləri aşağı kalorili və təbii dadlı şəkər əv
Həddindən artıq çəkidən əziyyət çəkən bir gənc təyyarədə yaşad�
Mətbəxdə hər kəsin başına gələn ən pis hallardan biri yumurta qaynadar
"TikTok"da səhifəsini görüb əl işlərini çox bəyəndim və əl
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Yəməndəki separat�
Tovuzun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Fransız mətbəxinin klassiklərindən sayılan soğan şorbası, əslində ço
Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (
1971-ci ildə minlərlə toxum Ayın orbitində 34 dövrə vurduqdan sonra yer k
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İran hakimiyyəti ölkə boyu tüğyan edən kütləvi etirazları genişmiqyas
Dünyanın ən nüfuzlu hərbi analiz saytlarından olan "Global Firepower&
Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sər
Türkiyəli müğənni İrəm Derici sosial şəbəkədə etdiyi səmimi paylaş
