Çalışma müddətinin uzadılması işçilərin müqaviləsinə xitam verilməsinin qarşısını alacaq
Digərləri 16 Yan 2026 20:33:00 66 0
Çalışma müddətinin uzadıldığı hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə yol verilməyəcək.
Bu xəbəri də oxu: Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Son.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdiriləcək.
Bu halda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməyəcək.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən yuxarıda nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Son.az
İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısı genişləndiril
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan mümkün kütləvi miqrasiya ilə b
"Yanvarın 12-si evimizin altında yerləşən su borusu partlayıb, amma q
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağl�
Birləşmiş Ərəb Əmirlikləri ailə institutunu gücləndirmək üçün diqq
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatı qaydalarında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi oğlu Bilal, kürəkəni
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində
Müğənni Şəbnəm Tovuzlu "Tarixin bir günü" verilişinin canlı
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətənda
15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Niz
Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqq�
