“Evimiz uçur, hələ də qərara gələ bilmirlər...”
Digərləri 16 Yan 2026 20:23:00 61 0
"Yanvarın 12-si evimizin altında yerləşən su borusu partlayıb, amma qurumların heç biri məsələyə baxmır".
Bu xəbəri də oxu: Kiprdə itkin düşən iş adamının meyiti tapıldı
Son.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Səbuhi Məmmədov müraciət edib.
Şikayətçi bildirib ki, 4 gün əvvəl Xətai rayonu, Rəşid Bağırov 30 ünvanında yerləşən evlərinin altındakı su və kanalizasiya borusu partlayıb: "Evimin altı yuyulub. Dostumun evində qalıram. Evə girib-çıxa bilmirik, yaşamaq da mümkün deyil. Bütün əşyalarımızı çıxarmışıq, ev hazırda boşdur".
S.Məmmədov iddia edir ki, evlərinin çıxarışı olmadığı üçün heç bir dövlət qurumu məsələyə münasibət bildirmək istəmir: "Bizdə "JEK"in sənədidir, ev kitabçasıdır, çıxarış olmadığı üçün qurumlar məsələyə baxmır. Fövqəladə Hallar Nazirliyinə (FHN), "Azərsu"ya və Xətai Rayon İcra Hakimiyyətinə müraciət elədik, gəlib baxdılar. Hadisə ilə bağlı məlumatları var. Amma heç kim nəsə bir iş görmür, kompensasiya olmur. Neçə gün keçib, evimiz uçur, amma hələ də qərara gələ bilmirlər".
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Cavab olaraq qeyd edildi ki, ünvanda yerləşən tikili fərdi yaşayış evi olduğuna görə FHN-in səlahiyyətində olmayan məsələdir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə saytımıza bildirildi ki, Xətai rayonu NZS qəsəbəsi Rəşid Bağırov küçəsində şəhərin əsas daşıyıcı kollektorlarından olan 1200 mm-lik kollektorda qəza baş verib: "Qəza fərdi yaşayış evinin altındadır. Qəzanın aradan qaldırılması üçün mütləq şəkildə fərdi yaşayış evi sökülməlidir. Qəza yanvarın 12-də axşam saatlarında baş verib, dərhal əməkdaşlar hadisə yerinə gediblər. Sakinlərə evdə yaşamağın təhlükəli olduğu izah edilib və onların evdən çıxarılması təmin olunub. Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavininə, FHN-in Tikintiyə Nəzarət İdarəsinin rəhbərliyinə məlumat verilib. Müvafiq qurumların nümayəndələri ilə baxış keçirilib və vətəndaşın evinin hansı qaydada sökülməsi üçün qərar qəbul olunacaq".
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağl�
Birləşmiş Ərəb Əmirlikləri ailə institutunu gücləndirmək üçün diqq
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatı qaydalarında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi oğlu Bilal, kürəkəni
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində
Müğənni Şəbnəm Tovuzlu "Tarixin bir günü" verilişinin canlı
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Gəncə şəhərində Ozan küçəsinin üçüncü dalanında yaşayan vətənda
15-16 yanvar 2026-cı il tarixlərində İsveçrənin Cenevrə şəhərində Niz
Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Ümumi təhsil haqq�
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mül
15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) t�
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişikli
