Rəsmi gəliri olmayan şəxslərə banklar niyə kredit vermir?


Digərləri 16 Yan 2026 14:00:00 72 0

Rəsmi gəliri olmayan şəxslərə banklar niyə kredit vermir?

Bankların rəsmi gəliri olmayan şəxslərə kredit verməməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Bir çox vətəndaş qeyri-rəsmi gəliri olsa da, banklardan kredit ala bilmədiyini bildirir.

İqtisadçı Akif Nəsirli Son.az-a açıqlamasında bildirib ki, bankların rəsmi gəliri olmayan şəxslərə kredit ayırmamasının əsas səbəbi risk və qanunvericilik tələbləridir. Onun sözlərinə görə, banklar Mərkəzi Bank tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır və verdikləri hər kredit üzrə hüquqi və maliyyə əsaslandırma aparmaq məcburiyyətindədirlər:

"Rəsmi gəlir bank üçün borcalanın krediti uzunmüddətli dövrdə ödəyə biləcəyinin əsas sübutudur. Gəlir rəsmi deyilsə, onun davamlı və stabil olacağı bank tərəfindən sübut edilə bilmir".

İqtisadçı qeyd edib ki, qeyri-rəsmi gəlir faktiki mövcud olsa belə, bank üçün hüquqi dəyərə malik deyil. Çünki bu gəlir sənədlə təsdiqlənmir, vergi uçotunda görünmür və istənilən vaxt kəsilə bilər. Nəzərə çatdırıb ki, banklar şəxsi bəyanata deyil, yalnız sənədləşdirilmiş maliyyə məlumatlarına əsaslanır:

"Kreditlər adətən bir neçə illik öhdəlikdir. Bank bu müddət ərzində borcalanın maliyyə vəziyyətinin stabil qalacağına əmin olmalıdır".

A.Nəsirli əlavə edib ki, bəzi hallarda banklar rəsmi gəlir tələbini dolayı yolla arxa plana keçirə bilərlər. Belə ki, rəsmi gəliri olan zaminin mövcudluğu, likvid girovun təqdim edilməsi, depozit qarşılığında kredit və ya birgə borcalanın rəsmi gəlirli olması kredit ayrılmasına imkan yarada bilər:

"Əslində bank üçün əsas məsələ rəsmi gəlirin özü yox, riskin təminatla kompensasiya olunmasıdır".

İqtisadçı bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, BOKT-ların rəsmi gəlirə ciddi yanaşmamasının səbəbi onların bank statusuna malik olmamasıdır:

"BOKT-lar daha zəif tənzimlənir, adətən kiçik məbləğli və qısa müddətli kreditlər verir, riski isə yüksək faizlə kompensasiya edirlər. Bu səbəbdən qeyri-rəsmi gəliri olan şəxslər üçün daha əlçatan görünürlər. Amma nəticədə kreditin ümumi dəyəri xeyli baha başa gəlir".

Mina Mikayılova Son.az

Cənubi Koreyanın keçmiş prezidenti ilə bağlı qərar verildi like
  • 16 Yan 13:38  
Dünya Cənubi Koreyanın keçmiş prezidenti ilə bağlı qərar verildi

Cənubi Koreyanın keçmiş prezidenti Yun beş il həbs cəzasına məhkum edi

arrow Ətraflı
Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi  "Show Tv" təzminat like
  • 16 Yan 13:24  
Şou-biznes Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi "Show Tv" təzminat

Təxminən iki il əvvəl Türkiyənin "Show TV" kanalında yayımlana

arrow Ətraflı
Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ like
  • 16 Yan 13:14  
Digərləri Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiy

arrow Ətraflı
“Baku Electronics” haqsız rəqabətə yol verib  Agentlik like
  • 16 Yan 13:04  
Digərləri “Baku Electronics” haqsız rəqabətə yol verib Agentlik

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən &

arrow Ətraflı
Azərbaycanda həm mobil, həm də sabit internet sürətləndi like
  • 16 Yan 13:00  
Digərləri Azərbaycanda həm mobil, həm də sabit internet sürətləndi

Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mo

arrow Ətraflı
100 tonluq qızılı 110 ildir ödəmirlər  Rusiyaya göndərdikləri pulu istəyirlər like
  • 16 Yan 12:58  
Dünya 100 tonluq qızılı 110 ildir ödəmirlər Rusiyaya göndərdikləri pulu istəyirlər

Rumıniya Milli Bankının qızıl ehtiyatlarının Moskvaya göndərilməsi hek

arrow Ətraflı
Məşhur restoranda nöqsanlar aşkarlandı like
  • 16 Yan 12:50  
Digərləri Məşhur restoranda nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi

arrow Ətraflı
İranlı reper ağlayaraq kömək istədi like
  • 16 Yan 12:42  
Dünya İranlı reper ağlayaraq kömək istədi

Türkiyəyə gedən iranlı reper sosial şəbəkə hesabında paylaşım edər�

arrow Ətraflı
Atasını döyərək öldürən yeniyetməyə hökm oxundu like
  • 16 Yan 12:36  
Digərləri Atasını döyərək öldürən yeniyetməyə hökm oxundu

Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən Z.B.nin cina

arrow Ətraflı
“İradə sağdır, cinlər aləmində saxlanılır”  Biznesmen anlaqsızdır, yoxsa rola girib? like
  • 16 Yan 12:32  
Kriminal “İradə sağdır, cinlər aləmində saxlanılır” Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olun

arrow Ətraflı
İranda ölənlərin sayı artdı like
  • 16 Yan 12:27  
Dünya İranda ölənlərin sayı artdı

İranda 19 gündür davam edən ümumxlaq etirazlarında öldürülən 2677 nəf

arrow Ətraflı
6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək like
  • 16 Yan 12:22  
Digərləri 6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam o

arrow Ətraflı