100 tonluq qızılı 110 ildir ödəmirlər Rusiyaya göndərdikləri pulu istəyirlər
Dünya 16 Yan 2026 12:58:00 50 0
Rumıniya Milli Bankının qızıl ehtiyatlarının Moskvaya göndərilməsi hekayəsi Birinci Dünya Müharibəsi dövründə başlayıb və aradan 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb.
Bu xəbəri də oxu: Portuqaliya İrandakı səfirliyini bağladı
Son.az xəbər verir ki, Rumıniya Birinci Dünya müharibəsi zamanı təhlükəsizlik məqsədilə Rusiyaya göndərdiyi 91,5 ton qızıl ehtiyatının və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir.
Amerikanın "Politico" portalı Rumıniya Milli Bankının maliyyələşdirdiyi mətnə istinadla yazır ki, Rumıniya 1916-cı ildə müharibəyə qoşulduqdan sonra ölkənin böyük hissəsi işğal təhlükəsi ilə üzləşib. Bunun ardınca Rumıniya hökuməti, kral ailəsi və Milli Bank Moldovanın İasi şəhərinə köçürülüb.
Mərkəzi Dövlətlərin Rumıniyanı tam işğal etməsi riski səbəbindən Rumıniya hökuməti Milli Banka məxsus xəzinələrin müvəqqəti saxlanılması üçün Moskvaya göndərilməsi qərarını verib. Rusiya həmin dövrdə Rumıniyanın ortaq sərhəd paylaşdığı yeganə müttəfiq idi və iki ölkənin kral ailələri arasında yaxın qohumluq əlaqələri mövcud olub.
Məlumata görə, Rumıniya Milli Bankına məxsus 91,5 ton təmiz qızıl, həmçinin Kraliça Mariyanın zinət əşyaları və tarixi-mədəni dəyərə malik materiallar 1916-cı ilin dekabrında və 1917-ci ilin avqustunda iki mərhələdə Rusiyaya göndərilib.
Tərəflər arasında imzalanan protokollarda qızılın Rumıniyaya məxsus olduğu, Moskvada müvəqqəti saxlanılacağı və təhlükəsizliyinə İmperator Rusiya Hökumətinin zəmanət verdiyi açıq şəkildə qeyd olunub.
Lakin həmin ehtiyatlar indiyədək Rumıniyaya qaytarılmayıb.
Fidan Son.az
Bu konfrans yalnız akademik müzakirə və ya simvolik bir tədbir deyil. Konfr
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi
Türkiyəyə gedən iranlı reper sosial şəbəkə hesabında paylaşım edər�
Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən Z.B.nin cina
Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olun
İranda 19 gündür davam edən ümumxlaq etirazlarında öldürülən 2677 nəf
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam o
Ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı
2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalış
"Sən məktəbə gedəndə, mən..."
Tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızı efirə çıxmazda
Gündəlik kifayət qədər insan kredit götürmək üçün banklara müraciət
İsveçin Malmö şəhərində vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı
Miqrantların sağlamlıq təhlükəsizliyinin sənədlərlə təsdiqlənməsini
