Rusiyada miqrantların tibbi müayinədən yayınmasına görə cərimələr artırıla bilər
Dünya 16 Yan 2026 11:28:00 61 0
Miqrantların sağlamlıq təhlükəsizliyinin sənədlərlə təsdiqlənməsinin müşayiəti, nəzarəti və etibarlılığı ilə bağlı məsələləri əhatə edən üç qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.
Bu xəbəri də oxu: 22 yaşlı Mərakeş Şahzadəsinin əlini öpmək istəyənlərə REAKSİYASI
Son.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya məlumat verib.
"Biz Rusiya Federasiyasına əmək fəaliyyəti həyata keçirmək üçün gələn xarici vətəndaşların sağlamlıq təhlükəsizliyinin sənədlərlə təsdiqlənməsinin müşayiəti, nəzarəti və etibarlılığı məsələlərini əhatə edən üç kompleks qanun layihəsi hazırlamışıq. Böyük iş görülüb və nəticə etibarilə təqdim olunan bütün qanun layihələri hökumət, Ali Məhkəmə, bütün hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən iradlar olmadan dəstəklənib", - deyə deputat bildirib.
Xüsusilə, miqrantların tibbi müayinədən yayınmasına görə məsuliyyətin 12 dəfədən çox artırılması və məbləğin 25-50 min rubladək yüksəldilməsi, həmçinin məhkəmənin qərarı ilə ölkədən çıxarılma imkanının tətbiqi təklif olunur.
Sənədlərə əsasən, miqrantların tibbi müayinəsinin aparılması qaydasının pozulmasına görə tibb müəssisələri üçün 1 milyon rubladək cərimə tətbiq edilməsi də nəzərdə tutulur.
Təşəbbüsdə qeyd olunur ki, miqrant tərəfindən tibbi müayinədən keçməyə dair saxta arayışdan istifadə edilməsi 1 milyon rubladək cərimə ilə yanaşı, dörd ilədək azadlıqdan məhrumetmə də daxil olmaqla cinayət məsuliyyətinə səbəb ola bilər.
Ayxan Son.azBakı-Şamaxı-Yevlax yolunda avtoxuliqanlıq edən sərxoş sürücü tutulub.
Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türki
Avropa ölkələri 2026-cı ilin yanvar ayının ortalarında havaların soyumas
Fitness məşqçisi Kamil Zeynallı doğum gününü ailə üzvləri ilə birlik
Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyah
Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zə
Müğənni Cəmilə "Öz aramızda" verilişində verdiyi açıqlamala
AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci il
"KredAqro BOKT" MMC 90%-lə kredit verib.
"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın d
Sosial şəbəkələrdəki etiraf səhifələrindən birində paylaşılan yazı
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəh
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərə
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat had
