“Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil”
Digərləri 16 Yan 2026 10:46:00 89 0
"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb".
Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.
Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi: "Xəstə idi, iki ildir müalicə alırdı. Dekabrın 29-da atamı itirdim.
Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı Azərbaycanda yayılan xəbərlər bizi çox məyus etdi. Bu, qətiyyən doğru deyil.
Ora qocalar evi yox, reabilitasiya mərkəzi idi. Onun üçün xüsusi otaq ayrılmışdı və lazım olan bütün mebeli mən almışdım. Rahatlığı üçün hər şey etmişdik. Atam iki il əvvəl həm insult, həm də infarkt keçirmişdi. Bu vəziyyətdə onun evdə qalması mümkün deyildi. Vaxtında dərmanlarını atmalı, insulin iynəsi vurulmalı idi. Atamı həmin mərkəzə yerləşdirməyimizin əsas səbəbi onun daim həkim nəzarətində saxlanılması ilə bağlı olub. Bu tip əsassız xəbərlər bizi çox incitdi".
Sosial şəbəkələrdəki etiraf səhifələrindən birində paylaşılan yazı
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəh
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərə
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat had
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elek
Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahn
İranın keçmiş prezidenti Həsən Ruhani və keçmiş xarici işlər naziri M
ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maç
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan aras�
Pirşağıda yük maşını ilə motosikl toqquşub.
Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlanıb.
Müğənni Qumral Musayeva qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə
