Hakan Fidan Zəngəzur dəhlizindən danışdı
Siyasət 16 Yan 2026 09:58:00 74 0
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib.
Bu xəbəri də oxu: İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir Hakan Fidan
Son.az məlumat verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir:
"Türkiyənin artıq Orta Dəhliz üzərindən Türk dünyasına, Mərkəzi Asiyaya açılması faydalıdır. Bunun üzərində işləyirik. Ermənistan XİN başçısı ABŞ-də olanda bir sənəd yayımlandı və onlar bunu TRIPP adlandırırlar, biz isə Zəngəzur dəhlizi deyirik. Həmin sənədi çox analiz etdik. Həmin sənədlə bağlı azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saata yaxın müzakirə apardıq, Azərbaycanın necə baxdığını öyrəndik. Çünki onların perspektivi önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik".
H.Fidan vurğulayıb ki, Rəsmi Ankaranın məqsədi Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imza yolu ilə yekunlaşmasını və iki ölkə arasında normallaşmanın həyata keçirilməsidir.
Pirşağıda yük maşını ilə motosikl toqquşub.
Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlanıb.
Müğənni Qumral Musayeva qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsus
Müasir dünya tamamilə internet və rəqəmsal sistemlər üzərində qurulub.
Maqnezium bədənimizdə 300-dən çox biokimyəvi prosesdə iştirak edən həy
Çin ən müasir texnologiyalara və infrastruktura sahib olsa da, ölkənin bir
Son dövrlərdə sosial şəbəkələrdə gizli yazışmalar üçün istifadə e
Evlərdə elektrik istehlakının yalnız aktiv istifadə olunan cihazlardan gə
ABŞ-li milyarder Elon Musk gənclərə tibb təhsili almamağı tövsiyə edib.
